"Google"dan "Android" telefonlarında yaddaş problemi üçün yeni həll
Bəzən istifadəçilər telefonlarda xeyli yer tutan, amma az istifadə edilən proqramları yaddaş problemlərinə görə silməli olur.
"Google" "Android" telefonlarında bu cür yaddaş problemi yaşayanlar üçün yeni bir həll gətirib.
"Google" "Android" cihazları üçün proqramları tamamilə silmədən əlavə yaddaş təmin edə bilən avtomatik arxivləşdirməni təqdim edib. "Google" bildirir ki, avtomatik arxivləşdirmə funksiyası tətbiqi və istifadəçi məlumatlarını onların cihazından tamamilə silmədən proqramların yaddaş yerini təxminən 60 faiz azalda bilər.
Arxivləşdirilmiş proqramlar proqram ikonunun üstündə yerləşdirilmiş bulud işarəsi ilə müəyyən edilə bilər. İstənilən halda bu proqramlar yenidən yüklənə və bərpa oluna bilər, bu şərtlə ki, onlar hələ də "Google Play"də mövcuddur.
"Android"in yeni funksiyası yaddaşda boş qalan cihaza yeni proqram quraşdırmaq istəyən zaman istifadəçilərin qarşısına çıxacaq. Bu funksiya işə salındıqda, cihazda yer boşaltmaq üçün istifadə olunmayan bütün proqramlar arxivləşdirilir. Hansı proqramın arxivləşdiriləcəyini və ya arxivləşdirilməyəcəyini də təyin etmək mümkündür.
/ banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Evdə biznes qurmağın yolları
"Coca-Cola" haqqında 5 maraqlı fakt
SWIFT nədir?
Ev şəraitində pul qazanmağın yolları
ZARA-nın uğur hekayəsi