"Gözləyirik ki, onlara bu əməllərinə görə sanksiyalar tətbiq olunsun" - Prezident
"Yəqin bilirsiniz ki, bizim qonşuluğumuzda sanksiyalardan yayınma kimi qanunsuz fəaliyyətlə məşğul olanlar var. Belə məlumatlar mövcuddur. Həmin ölkənin ingilis dilində adı da "A" ilə başlayır, lakin bu Azərbaycan deyil. Bu, sirr deyil, bütün rəqəmlər bəllidir. Biz gözləyirik ki, onlara bu əməllərinə görə sanksiyalar tətbiq olunsun. Yaxud ümumiyyətlə, buna görə onlara sanksiya tətbiq ediləcəkmi? Müxtəlif dövlətlərin nüfuzlu rəsmi nümayəndələrinin dediklərinə nəzər salsanız anlayarsınız ki, bu çirkli bizneslə kim məşğul olur".
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı "ODDO BHF" maliyyə qrupunun baş regional meneceri Yevgeni Epifanovun müraciətinə cavab olaraq deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan bu işlə məşğul deyil:
"Bu prosesin ilk günlərindən mənim bununla bağlı təlimatım aydın olub – paralel idxala və sanksiyalardan yayınma üçün hər hansı fürsətə imkan verilməsin. Biz qanuna tabe ölkə və xalqıq. Bizim başağrısına və çirkli pullara ehtiyacımız yoxdur. Əldə etdiyimiz vəsait özümüzə kifayətdir və biz maliyyə bazarlarında da müsbət imicimizi qoruyuruq. Siz qeyd etdiniz ki, Azərbaycanda müəyyən vaxt keçirmisiniz. Ümid edirəm ki, həmin dövrdən zövq almısınız".

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Ən çox gəlir gətirən onlayn bizneslər
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən varlı 10 adamı
IMEI kod nədir?
Onlayn biznes növləri