"Günün 24 saatı valyuta bazarlarına müdaxilə etməyə hazırıq" açıqlamasına baxmayaraq yen ucuzlaşır
Yaponiyanın məzənnə siyasətindən məsul olan ən yüksək səviyyəli rəsmi, maliyyə nazirinin müavini Masato Kanda, lazım gələrsə, günün 24 saatı valyuta bazarlarına müdaxilə etməyə hazır olduqlarını söyləyib.
Marja.az xəbər verir ki, bu səhər Dollar/yen məzənnəsi psixoloji 160 səviyyəsinə yaxınlaşıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Kanda, "Məznədə dalğalanmalar olarsa, bu, ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Spekulyasiyaya əsaslanan həddindən artıq hərəkətlər olarsa, biz müvafiq tədbirlər görməyə hazırıq" deyib.
Son günlərdəki itkilər tədricən olsa da, yen 29 aprel və 1 may tarixlərində, baş tutacağı proqnozlaşdırılan müdaxilələr zamanı əldə etdiyi qazancların əksəriyyətini artıq geri qaytarıb.
Analitiklər bildirir ki, Yaponiya Mərkəzi Bankının (BOJ) müdaxiləsinin növbəti raundu, dollar aprel ayının sonunda gördüyü 160.20 səviyyəsini keçərsə baş verəcək.
ABŞ-ın PMI məlumatlarının gözləniləndən daha güclü olması və BOJ-nin istiqraz alışlarını azaltmaq üçün təfərrüatlı bir plan təqdim etmək istəməməsi ötən həftə yenin dollar qarşısında dəyər itirməsinə səbəb olub.
Digər tərəfdən, Tokyo Financial Exchange Inc.-ın məlumatlara görə, Yaponiya pərakəndə investorları may ayından etibarən fyuçers müqavilələri vasitəsilə yen üzrə uzun mövqelərini artırıblar.

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Elon Musk kimdir?
Dropshipping nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?