"İcbari Sığorta Bürosu" 3 nüfuzlu beynəlxalq mükafata layiq görülüb

"İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı (İSB) Böyük Britaniyada keçirilmiş "Global Insurtech Awards" Mükafatlandırma Proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb. 
Büronun yaydığı məlumatda bildirilir ki, fəaliyyətində innovativ texnologiyaların tətbiqinə daim önəm verən İSB İT layihələri, innovativ yanaşmalar və müştəri məmnuniyyətinə verdiyi töhfələr sayəsində uğur qazanıb.
Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək  "Best Customer Engagement Software" mükafatına layiq görülüb.
"Best Embedded Insurance Provider" mükafatı üzrə ikincilik İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək effektivlik nəzərə alınaraq verilib.
Daha bir nominasiya – "Insurtech of the Year" mükafatı üzrə ikincilik İSB-nin yeni texnologiya və proseslərin inkişafına verdiyi töhfələrə görə təqdim olunub.
Məlumat üçün bildirək ki, "Global Insurtech Awards" – dünya üzrə "insurtech" (sığorta texnologiyaları) sahəsində qabaqcıl yenilikləri və texnoloji həlləri tanıtmaq məqsədilə keçirilən mükafatlandırma proqramıdır. Böyük Britaniyada hər il keçirilən proqram çərçivəsində sığorta sahəsində innovativ həllərə imza atan qurumların (bürolar, şirkətlər, startaplar) texnoloji nailiyyətləri qiymətləndirilir. İSB-nin bu proqram çərçivəsində qazandığı uğurlar ölkəmizin sığorta sisteminin beynəlxalq səviyyədə tanınmasına, Azərbaycanın sığorta sektorundakı texnoloji yeniliklərinin dünya miqyasında təbliğinə töhfələr  verəcək. / marja.az

Banklar     Tarix: 31 oktyabr 2024

Oxşar xəbərlər

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana


iqtisadi xeberler dollar manat kursu investisiya kripto internetden pul qazanmaq