İlk üç rübdə "Unibank"ın xalis mənfəəti illik 20% azalıb – HESABAT
"Unibank KB" ASC-nin xalis mənfəəti 2024-cü ilin ilk üç rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4.28 mln. manat və ya 20% azalıb. Xalis mənfəətin düşməsinə səbəb onun mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının artması və mənfəət vergisi xərcləridir.
Banker.az xəbər verir ki, bank ilk üç rübdə 17.63 mln. manat xalis mənfəət əldə edib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Bank keçən ilin eyni dövründə isə 21.91 mln. manat xalis mənfəət əldə etmişdi. 1 oktyabr 2024-cü il tarixinə kommersiya bankının kapital balansında 10.72 mln. manat yığılmış mənfəət olub.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar üçün keçən il 27.18 mln. manat ayırdığı halda, cari ildə bu rəqəm 2.33 mln. manat artaraq 29.5 mln. manatı keçib. Bank ilk üç kvartalda 2.8 mln. manat mənfəət vergisi xərci çəkib.
Bununla belə, "Unibank" hesabat müddətində 172.12 mln. manat gəlir əldə etməklə keçənilki göstəricini 17.26 mln. manat və ya 11% üstələyib. Gəlirlərin 95%-ni kredit portfeli təmin edib.
Bank hesabat müddətində faiz xərclərini 8% artımla 52,49 mln. manata, qeyri-faiz gəlirlərini 9% artımla 84.96 manata, qeyri-faiz xərclərini isə 15% ilə 145.65 mln. manata yüksəldib.
"Unibank" 2024-cü ilin yanvar-sentyabr ayları ərzində aktivlərini və öhdəliklərini hər biri 8% artımla müvafiq olaraq 1 mlrd. 716 mln. manata və 1 mlrd. 553 mln. manata qaldırıb. Bankın xalis aktivlərinin həcmi 162.75 mln. manata yüksəlib.



Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
SMM nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası