"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib.
Banker.az xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq, hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd təmin edilməmiş istiqraz yerləşdirilib. İllik faiz dərəcəsi 10,5%, tədavül müddəti 24 aydır. Birillik faiz məbləği 5,25 milyon manatdır.
Bu istiqrazları xarici institusional investor – xarici bank alıb. Bu, "Kapital Bank"ın manat istiqrazları vasitəsilə xarici bankdan ilk dəfə vəsait cəlb etməsidir. Bank 2024-cü ildən bəri 170 milyon ABŞ dolları və 260 milyon manatlıq 11 istiqraz buraxılışı həyata keçirdiyini bildirib.
Bundan bir gün əvvəl, 7 oktyabrda "Bir Kredit" BOKT 2 milyon manatlıq istiqrazlarını yerləşdirib. Buraxılış 100 manat nominal dəyərində 20 min istiqrazdan ibarətdir. İllik gəlirlilik 11,5%, tədavül müddəti 12 aydır. İllik faiz məbləği 230 min manat təşkil edir.
BOKT daha əvvəl 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında hər biri 2 milyon manatlıq iki emissiyanı tam yerləşdirib. Buraxılışlarda 62 və 68 investor iştirak edib. Beləliklə, üç emissiyanın ümumi nominal həcmi 6 milyon manatdır; bu, borcun qalığını göstərmir.
Təşkilatın 2025-ci il hesabatına əsasən, aktivləri 108,7 milyon manat, kredit portfeli 11,75 milyon manat olub. Kreditlərin aktivlərdə payı 10,8%-dir. Aktivlərin böyük hissəsini "Competo" MMC-yə 96,5 milyon manatlıq investisiya təşkil edib. BOKT-un bu şirkətdə payı 54,09%-dir. "Competo"ya investisiyanın həcmi 2024-cü ilin sonundakı 86 milyon manatla müqayisədə 10,5 milyon manat artıb. Kreditləşmə fəaliyyətinə isə 2025-ci ilin avqustunda başlanılıb.
"Bir Kredit" 2025-ci ildə 274 min manat gəlir və 206,9 min manat xalis zərər açıqlayıb. Bu, 2024-cü ildəki 401,9 min manat zərərlə müqayisədə 48,5% azdır. Onun öhdəlikləri 10,27 milyon, balans kapitalı isə 98,46 milyon manat olub. Hesabat ilində 14 filial bağlanıb, əməkdaş sayı 19-dan 11-ə enib.

Banklar     Tarix: 19 oktyabr 2026

Oxşar xəbərlər

AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Ətraflı məlumat əldə etmək üçün: . Bank, 2026-cı ilin 3-cü rübün sonun

Rabitəbank 2026-ci ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

Rabitəbank 2026-cı ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabat dövründə Bank 13 milyon 757 min manat xalis mənfəət əldə edib. Rabitəbankın aktivləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% artara

"Azər Türk Bank"ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb

"Azər Türk Bank" ASC (ATB) 2026-cı ilin yanvar-sentyabr aylarını (cari ilin 9 ayını) əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti 61,8% artaraq 15 milyon 166 min manata çatıb. Eyni zamanda

"VTB Azərbaycan" 9 ayda 20 faizdən çox böyüyüb - 7,7 MİLYON MANAT MƏNFƏƏT ƏLDƏ EDİB

"VTB Azərbaycan" ASC 2026-cı ilin ilk 9 ayını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin sonu ilə müqayisədə bankın aktivləri 20,1%, kredit portfeli 24,8%, depozit portfeli isə 50,7% artıb

"TuranBank"ın mənfəəti 36% artıb

"TuranBank" ASC 2026-cı ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 570 min manat və ya 35,6% çoxdur. Bununla belə, bankın xali

Bankların doqquz aylıq xalis mənfəəti 1,08 milyard manata çatıb

Azərbaycanda renkinqə daxil edilən 21 bank 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 milyard 81,79 milyon manat xalis mənfəət əldə edib. xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 170,51 milyon mana

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

"AccessBank"ın kredit portfeli 1,4 milyard manatı ötüb – Biznes kreditləri 1 milyard manatdan çoxdur

"AccessBank" QSC-nin kredit portfeli 2026-cı ilin ilk 9 ayında 87 milyon 427 min manat və ya 6,6% artaraq 1 milyard 421 milyon 626 min manata çatıb. Bankın kredit portfelinin əsas hissəsini biznes kreditləri təşki

Mərkəzi Bank sığorta agentinin lisenziyasını LƏĞV ETDİ – SƏBƏB AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəhimli Xədicə Tərlan qızına verilmiş sığorta agenti fəaliyyəti üzrə lisenziyanı ləğv edib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti 13 oktyabr 2026-cı il tarixində qərar qəbu


iqtisadi xeberler dollar kursu dollar mezenne online pul qazanmaq 1000 manatla biznes