Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin

Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin®Ölkənin birinci bankı vəsaitini dəyərləndirmək istəyənlər üçün yeni investisiya imkanı yaradır. Kapital Bank fond bazarına ümumi həcmi 100 milyon manat olan istiqraz proqramının ilk 50 milyon manatlıq tranşını təqdim edir. İllik 10% gəlirlilik, aylıq faiz ödənişi və 100 manatdan başlayan investisiya imkanı verən istiqrazlar həm təcrübəli investorlar, həm də investisiyaya ilk dəfə başlamaq istəyənlər üçün uğurlu seçimdir.
Kapital Bank istiqrazlarına abunə yazılışı 1 avqust 2026-cı il tarixinədək davam edəcək. İstiqrazın müddəti 1 il təşkil edir. İstiqrazlara Birbank Invest tətbiqi vasitəsilə bir neçə addımda tam rəqəmsal şəkildə abunə yazılmaq mümkündür. Bunun üçün tətbiqin "İnvestisiya" bölməsində yerləşən "Yerli bazar" bannerini seçmək kifayətdir.
Birbank Invest tətbiqini yükləmək üçün:
Rəqəmsal kanallarla yanaşı bütün Kapital Bank/Birbank filiallarında da istiqrazlara abunə yazılmaq olar. Abunə yazılışı üçün minimum və maksimum alış limiti yoxdur. Sifarişlərin icrası zamanı ilk növbədə fiziki şəxslərin sifarişlərinə üstünlük verilir. Filiallarda sifariş zamanı fiziki şəxslər üçün bütün komissiya xərcləri bank tərəfindən qarşılanır.
Ətraflı məlumat:
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. və sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / banker.az

Banklar     Tarix: 09 iyul 2026

Oxşar xəbərlər

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq

AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən AccessBank ilə tərəfdaşlıq çərçivəsində və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Ticarətin Sürətləndirilməsi Proqramı (TAP) çərçivəsində Bakıda xarici və daxil

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə

İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür. Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİM

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. Bu barədə "Fars" agentliy

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"

"Premium Bank" ASC-nin aktivləri 2026-cı ilin ilk doqquz ayında demək olar ki, dəyişməz qalaraq artım tempinə görə bank sektorunun ümumi göstəricisindən və müqayisə olunan rəqib banklardan xeyli geri qalıb. bankı

Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub

Azərbaycanda fəaliyyət göstərən 21 bank və xarici bank filialının 2026-cı ilin yanvar-sentyabr ayları üzrə cəmi xalis mənfəəti 1 milyard 81 milyon 773 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17

"Azər Türk Bank"ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb

"Azər Türk Bank" ASC (ATB) 2026-cı ilin yanvar-sentyabr aylarını (cari ilin 9 ayını) əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti 61,8% artaraq 15 milyon 166 min manata çatıb. Eyni zamanda

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artı

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


iqtisadi xeberler biznes qurmaq rubl mezenne telefonla pul qazanmaq bitcoin