Kapital Bank istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı

Kapital Bank istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşdı®Xəbər verdiyimiz kimi, ötən gün Kapital Bank-ın 100 000 000 (yüz milyon) manat həcmində olan istiqraz emissiyasının 50 000 000 (əlli milyon) manat həcmində olan ilk tranşının Bakı Fond Birjasında yerləşdirilməsinə başlanıldı. 
İstiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi artıq yekunlaşıb. Sifarişin ümumi həcmi 96 091 600 (doxsan altı milyon, doxsan bir min, altı yüz) manat olub. Yerləşdirmədə 42 investor iştirak edib. Yerləşdirilən istiqrazların 22,9%-i fiziki şəxslərin, 77,1%-i hüquqi şəxslərin payına düşüb. 
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 10%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 11 iyun 2024

Oxşar xəbərlər

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri kripto bitcoin