"KazMunayQaz" SOCAR ilə Qazaxıstan neftinin Azərbaycandan tranzitini artırmaq üçün plan hazırlayır

Qazaxıstanın milli neft-qaz şirkəti olan "KazMunayQaz" (KMQ) hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin həcminin artırılması üçün növbəti plan hazırlayır.
"KazMunayQaz" ilə SOCAR arasında əldə olunmuş razılaşmalara əsasən, bu il Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik 1.5 milyon ton həcmində Qazaxıstan neftinin nəqlinə başlanılıb. Neft marşrut üzrə paritet (50 %/50 %) əsasında nəql olunur. Qazaxıstan tərəfdən dəniz daşıyıcısı qismində "Kazmortransflot" (KMQ-nin törəmə müəssisəsi), Azərbaycan tərəfdən isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) təyin edilib.
KMQ sərbəst nəqliyyat imkanlarının və Aralıq dənizinə çıxışın (Ceyhandakı Türkiyə liman terminalı Aralıq dənizində yerləşir) mövcudluğunu nəzərə alaraq, Aktau-Bakı-Ceyhan marşrutunu prioritet ixrac istiqaməti hesab edir. Azərbaycan tərəfinin təklifi ilə KMQ Bakı-Supsa neft kəmərindən və potensial dəmir yolu marşrutlarından istifadə imkanlarını nəzərdən keçirir. Eyni zamanda, Qazaxıstan şirkəti qeyd edib ki, neftin nəqlinin istiqaməti marşrutun iqtisadi səmərəliliyindən və daşınma qiymətindən asılı olacaq.
Bildirilib ki, 2023-cü ilin payızından başlayaraq "Caspian Integrated Maritime Solutions" (CIMS, "KazMunayQaz" və "Abu Dhabi Ports" (BƏƏ) şirkətlərinin birgə müəssisəsi) tərəfindən alınan iki tankerlə Xəzər vasitəsilə ildə 800 min ton neft nəql ediləcək: "Əməkdaşlıq çərçivəsində CIMS hər birinin dedveyti 8 min ton olan iki tanker alıb. Bir tankerin dəyəri təxminən 15 milyon ABŞ dolları təşkil edib. Bu ilin payızında bu tankerlər Xəzər dənizinə (Aktau) çatacaq və fəaliyyətə başlayacaq. Bu tankerlərin Aktau-Bakı marşrutu üzrə daşıma qabiliyyəti ildə təxminən 800 min ton təşkil edəcək".
Eyni zamanda, tərəfdaşlar tanker donanmasının daha da inkişafını nəzərdə tuturlar və tankerlərin alınması ilə bağlı qərarlar dəniz daşımalarının gözlənilən həcmləri əsasında qəbul ediləcək. KMQ Transxəzər marşrutu üzrə dəniz daşımalarının artım perspektivlərini nəzərə alaraq, Qazaxıstanın tanker donanmasının təkmilləşdirilməsi və inkişaf etdirilməsinin zəruri olduğunu düşünür.
Aktau-Bakı marşrutu ilə neft daşımaq üçün istifadə edilən "Kazmortransflot" tankerləri beynəlxalq neft şirkətlərinin tələblərinə cavab verir. Artıq "Kazmortransflot"un bütün tankerləri Transxəzər marşrutu ilə daşımalarda iştirak edir. Buna görə də KMQ bu marşrut boyu tələbatın yüksək olduğu halda oxşar tankerlərin neftin nəqli üçün birgə müəssisəyə icarəyə verilməsini istisna etmir.
Şirkət qeyd edib ki, Aktauda neft Qazaxıstan və Azərbaycan bayraqları altındakı gəmilərə yüklənir. Yükün dəyəri isə gəminin növü və ölçüsündən, limanlar arasındakı məsafədən və müqavilələrin şərtlərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. KMQ hesab edir ki, Xəzərdə tanker parkının yaradılmasının səbəblərindən biri daşımaların keyfiyyətinə və təhlükəsizliyinə daha yüksək səviyyədə nəzarət imkanının yaradılmasıdır.
O vaxt Qazaxıstanın Energetika Nazirliyinə rəhbərlik edən Bolat Akçulakov aprelin əvvəlində bildirmişdi ki, Xəzər dənizi ilə neft nəqlinin inkişafına yüksək daşıma tarifləri mane olur. Məsələn, 1 ton neftin Bakıya nəqlinin dəyəri dəmir yolu, sonra isə tankerlə də daxil olmaqla, təxminən 100 ABŞ dolları təşkil edir. Bu da onun Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sistemi vasitəsilə ixracı ilə müqayisədə bir neçə dəfə bahadır.
Onun sözlərinə görə, neftin Xəzər dənizi vasitəsilə Bakıya, daha sonra isə Avropaya nəqli məsələsini öyrənmək məqsədilə bu il bu istiqamətdə 1.5 milyon ton neftin sınaq rejimində daşınmasına dair saziş imzalanıb. Energetika Nazirliyi maraqlı tərəflərlə əlavə müqavilələrin bağlanması üzərində işləyir.
"Məsələn, biz neft tankerləri inşa etməliyik. Onların harada inşa ediləcəyi, sayı, gələcəkdə harada təmir ediləcəyi ilə bağlı məsələləri birgə həll edirik", – B.Akçulakov vurğulayıb. / banker.az

Xəbərlər     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri en son xeberler bank faizleri