Lirənin ucuzlaşması Azərbaycanda Türk mallarının qiymətlərinə necə təsir edəcək?

Lirənin ucuzlaşması Azərbaycanda Türk mallarının qiymətlərinə necə təsir edəcək?Türkiyənin milli valyutası ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. 2022-ci ilə qədər müəyyən artım və azalma ilə müşahidə edilən lirənin dollara nisbətdə səviyyəsi 2021-ci ilin dekabr ayında 18 lirədan 11 lirəyə endi. 2022-ci ili 13 lirədən başlayan milli valyuta həmin ilin mayınadək daha 12,3 % ucuzlaşıb. Daha sonra il ərzində valyuta ehtiyatlarından istifadə olunaraq məzənnə uzun müddət 18-19 lirə aralığında sabitləşdi. 2023-cü ildə isə lirə dollar qarşısında təkrar dəyər itirməyə başladı. Mayın 28-dən bugünədək lirə dollara nisbətdə təxminən 16 % dəyər itirdi və hazırda USD/TL məzənnəsi 23 lirə səviyyəsində müəyyən olunub. Lirənin dəyər itirməsi, Türkiyədə kəskin qiymət artımına gətirib çıxarıb.
Bəs Türkiyədə lirənin ucuzlaşması həmin ölkənin istehsal etdiyi məhsulların Azərbaycana ixrac qiymətlərinə təsir edirmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Türkiyədə lirənin ucuzlaşması ixrac olunan məhsulların qiymətinə təsir göstərir:
"Belə ki, şirkət məhsulu istehsal edib anbarlara təhvil verəndən sonra alıcı onu yeni məzənnə ilə aldığı üçün ucuz başa gəlir. Lakin bu davamlı ucuzlaşma deyil. Anbarlarda məhsullar yeniləndikcə qiymətlər yeni məzənnəyə uyğun olaraq dəyişir. Bir sözlə lirənin məzənnəsi ucuzlaşan zaman məhsulların alışında müvəqqəti ucuzlaşma baş verir".
Milli Məclisin deputatı Vüqar Bayramov isə qeyd edib ki, Türkiyədə valyuta sabitliyinə nail olmaq zaman alacaq: "Hazırda lirənin dollara nisbətən ucuzlaşması digər valyutalara nisbətdə də təsir göstərir: "Cari ilin 4 ayının yekunlarına əsasən Türkiyədə inflyasiya səviyyəsi 45 %-dən çoxdur. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə o zaman uzunmüddətli qiymət azalması və optimallaşması baş verər. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir".
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Türkiyədən 1 milyard 844 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, 2020-ci illə müqayisədə 18 %-ə yaxın artım deməkdir. Ötən il isə Türkiyədən Azərbaycana 2 milyard 297 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2021-ci illə müqayisədə 24,6 % çoxdur. Həmçinin cari ilin yanvar-aprel aylarında Azərbaycan qardaş ölkədən 10,3 % artımla 758 milyon 190 min ABŞ dolları dəyərində məhsul idxal edib.
© "Report" / marja.az

Maliyyə     Tarix: 08 iyun 2023

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler birbank valyuta mezennesi dollar məzənnəsi 1000 manatla biznes