"Marketlərdə düyünün qiyməti bahalaşacaq? - AÇIQLAMA

Dünya iqtisadiyyatında Hindistanın mühüm yeri var. Düyü ixracının çox hissəsinin də Hindistanın payına düşməsi təsadüfi deyil. Statistikaya görə Hindistan dünyada düyüyə olan tələbatın 40%-ni ödəyir. Bir neçə gün əvvəl isə Hindistan hökuməti düyünün təmizlənmiş sortlarının ixracına qadağa qoyub.
Qeyd olunub ki, qadağan olunmuş düyü sortları ixracın 25%-ni təşkil edir. Hindistan hökumətinin bu qərarı isə çox güman ki, dünya bazarında düyünün qiymətinə təsir edəcək.
Eldəniz Əmirov
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov fərqli düşünür. Ekspert hesab edir ki, Hindistan hökumətinin bu addımı ciddi qiymət artımına səbəb olmayacaq:
"Hindistan tərəfinin bu qərarı çox güman ki, müvəqqətidir. Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, eyni zamanda artan qiymətlərin nisbətən aşağı salınması məqsədi ilə atılan bir addımdır ki, bu da müvəqqəti xarakter daşıyır. Ən azı ona görə ki, bu qərar Hindistanın yerli istehsal şirkətlərinin işinə mənfi təsir göstərəcək. Ona görə də prosesin qısa müddətli olması labüddür.
Qısamüddətli dövr ərzində olan qadağa və eyni zamanda həmin düyü növlərinin Azərbaycana ixrac həcimləri o qədər də çox deyil  ki, bu amil ölkəmizdə hər hansısa ciddi problem yaratsın. Yəni alternativ istiqamətlər olan Pakistandan, İrandan və digər yerlərdən Azərbaycana kifayət qədər düyü ixracı həyata keçirilir ki, bunun qarşılığında Hindistandan idxal olunan düyü həcmlərinin azalması Azərbaycanda ciddi qiymət artımlarının yaranmasına səbəb ola bilməz".
Vəli Həsənov,
KONKRET.az

Xəbərlər     Tarix: 21 iyul 2023

Oxşar xəbərlər

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler investisiya depozit faizleri emlak xeberleri biznes ideyalari