"Meta" daha 10 min işçini ixtisar edir

Yaxın bir neçə ayda "Meta" şirkəti ixtisarlar həyata keçirəcək. Ümumilikdə 10 minə yaxın insan ixtisar olunacaq və 5 minə yaxın əlavə vakansiya bağlanacaq, bu barədə şirkətin sahibi Mark Zukerberq "Facebook" səhifəsində bildirib.
"Növbəti bir neçə ay ərzində təşkilat rəhbərləri ixtisarlara, daha aşağı prioritet layihələrin ləğvinə və işə qəbul dərəcələrinin aşağı salınmasına yönəlmiş restrukturizasiya planlarını açıqlayacaqlar", – deyə Zukerberq yazıb.
Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Restrukturizasiyadan sonra şirkət hər bir qrup üzrə işə qəbul və transferlərin dondurulmasını aradan qaldırmağı planlaşdırır. Zukerberqin fikrincə, bu cür dəyişikliklər həm daha yığcam və texniki şirkət yaratmağa kömək edəcək, həm də biznesin səmərəliliyini artıracaq.
"The Wall Street Journal" qəzeti "Meta"nın işçilərini ixtisar etmək planları haqqında hələ ötən ilin noyabrında yazmışdı. Bundan əvvəl o, şirkətin xərclərini ən azı 10% azaltmağı planlaşdırdığını bildirmişdi.
"Meta"nın ötən il üzrə hesabatına görə, 2021-ci illə müqayisədə gəliri 1% azalaraq 116.6 milyard dollar, xalis mənfəəti isə 41% azalaraq 23.2 milyard dollar təşkil edib.

Xəbərlər     Tarix: 15 mart 2023

Oxşar xəbərlər

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin


iqtisadi xeberler biznes qurmaq valyuta xeberleri iqtisadiyyat xeberleri pul qazanmaq