"Moody’s" 2024-cü ilə qədər neft və qaz qiymətləri ilə bağlı proqnozlarına yenidən baxıb
"Moody"s Investors Service" beynəlxalq reytinq agentliyi 2023-cü ilin birinci yarısında proqnozlarda ən ciddi dəyişikliklərin neftin qiyməti ilə bağlı olacağını gözləyir.
Bu barədə "Moody"s Analytics"in hesabatında deyilir.
"Avropa İttifaqının Rusiyaya qarşı olan və dekabr ayında qüvvəyə minmiş sanksiyalarına (Rusiya neftinin idxalına qadağa və onun qiymətinin yuxarı həddinin müəyyən edilməsi – red.) hazırlıq neft qiymətlərinə təsiri yumşaldıb. Bu onunla əlaqədardır ki, bir çox iri neft idxalçıları tədarükü əvvəlcədən təmin edirlər ki, sanksiyaların tətbiqi onların iqtisadiyyatına xələl gətirməsin", – hesabatda qeyd olunub.
"Moody"s"in proqnozlarına görə, bu il "Brent" markalı neftin orta qiyməti 2022-ci ildəki orta göstərcidən – 100 dollar/barel səviyyəsindən aşağı olacaq, lakin agentliyin 50-70 dollar/barel səviyyəsindəki ortamüddətli proqnozunu üstələyəcək.
"Keçən ay tələbin zəif olması da neftin qiymətinin xeyli aşağı düşməsinə səbəb olub. ABŞ-da neftə tələbat bir il əvvəllə müqayisədə 7% azdır. Bu, neftin yüksək qiymətlərinin kumulyativ təsiri nəticəsində tələbin məhv olmasıdır. Havaların isti keçməsi də tələbin zəif olmasının başqa bir səbəbidir", – analitiklər hesab edir.
"Moody"s"in 2023-cü ilin birinci yarısı üçün təbii qaz qiymətləri ilə bağlı proqnozu milyon BTU üçün 7 ABŞ dollarından 6,25 ABŞ dollarına endirilib.
"Biz son çöküşü hava şəraiti ilə əlaqəli və müvəqqəti xarakterli olaraq görürük. LNG üzrə müqavilə qiymətləri hələ də hazırkı "Henry Hub" qiymətlərindən xeyli yüksəkdir. Bununla belə, arbitraj imkanları mövcud deyil, çünki "Freeport LNG" habı hələ də oflayndır, Almaniyada qaz ehtiyatları, demək olar, tükənib, ABŞ-dan çox böyük həcmdə yük qəbul etmək üçün infrastruktur çatışmır. ABŞ-ın ilk LNG tankeri (illik 2,25 milyon ton yüklə) Almaniyanın şimalında yerləşən Vilhelmshavendə yeni açılan LNG terminalına gəlib və bu, Aİ-nin Rusiyanı qısa zamanda daha geniş transatlantik əlaqələrlə əvəz edə biləcəyini nümayiş etdirdi", – "Moody"s Analytics" qeyd edir. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir və hansı növləri var?
Onlayn biznes ideyaları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər