Dövlət qulluqçuları artıq sertifikat imtahanı verməyəcək - Yeni qayda açıqlanıb

Dövlət qulluqçuları artıq sertifikat imtahanı verməyəcək - Yeni qayda açıqlanıbYeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi məqsədilə növbəti sertifikat almaq üçün imtahan vermək tələbi əksini tapmayıb.

Biznes.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid deyib.

Şöbə müdiri bildirib ki, yeni Dövlət Qulluğu Məcəlləsində işə qəbul zamanı sertifikat tələbi var, dövlət qulluğunda fəaliyyəti davam etdirmək üçün isə sertifikata ehtiyac olmayacaq: "Dövlət qulluqçularının fəaliyyəti yeni qaydada qiymətləndirmə ilə nəzərə alınacaq".

Qeyd edək ki, "Dövlət qulluğu haqqında" hazırda qüvvədə olan qanunun 28-1-ci maddəsi dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi qaydasını müəyyən edir.

Maddəyə əsasən, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb oluna bilməz.

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində isə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün imtahan verilməsi barədə müddəa yoxdur.

Əlavə edək ki, Azərbaycanda yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb.

Layihə 15 fəsil, 94 maddədən ibarətdir.

Dövlət Qulluğu Məcəlləsi qüvvəyə mindikdən sonra 6 qanun - "Dövlət qulluğu haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunlar ləğv ediləcək.

Dövlət Qulluğu Məcəlləsinin layihəsi Milli Məclisin sentyabrın 30-da keçirilmiş plenar iclasında birinci oxunuşda qəbul olunub.

Xəbərlər     Tarix: 01 oktyabr 2026

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Azərbaycan banklarının kredit prioriteti dəyişir -PUL HANSI SAHƏLƏRƏ GEDİR?

Azərbaycanda bankların biznes kreditləri son bir ildə sürətlə artsa da, ayrı-ayrı sahələr üzrə dinamika kəskin fərqlənib. Bankların kredit portfelində tikinti və nəqliyyatın çəkisi ciddi şəkildə yüksəlib, ticarət, sənay

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

"Bu, yeni sosial paketin anonsudur" - Pensiya artımında yeni qayda

Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP

Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. Bu barədə MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən xəbər verir. Yeni qərara əsasən, maliyyə institutlarını


iqtisadi xeberler biznes qurmaq iqtisadiyyat xeberleri bitkoin valyuta mezennesi