Moody"s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi

Moody®Moody"s beynəlxalq reytinq agentliyi açıqladığı son hesabatda Bank of Baku-nun bir neçə göstərici üzrə reytinqini yüksəldib.
Belə ki, agentlik Bank of Baku-nun kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) və tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini B2 səviyyəsindən B1-ə yüksəldib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi də B2-dən B1 səviyyəsinə dəyişib. 
Bank of Baku-nun  kredit ödəmə qabiliyyətinin baza səviyyəsindəki müsbət dəyişiklik bankın inkişaf etmiş likvidlik profili, eləcə də ölkə səviyyəsində banklar üçün yaradılmış fəaliyyət mühiti və Azərbaycanın iqtisadi gücünün artması ilə əsaslandırılır.
Bu, eyni zamanda Bank of Baku-nun son illərdə aktivlərinin keyfiyyətinin və gəlirliliyinin artmasını da əks etdirir.
Agentlik öz hesabatında Bank of Baku-nun uzunmüddətli depozit reytinqləri üzrə proqnozu "stabil" olaraq göstərib, bu isə bankın növbəti 12-18 ay ərzində sağlam kredit göstəricilərini qoruyub saxlayacağına dair fikirləri qüvvətləndirir.
Məlumat üçün qeyd edək ki, 30 ildir fəaliyyət göstərən "Bank of Baku" ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku / banker.az

Banklar     Tarix: 10 iyul 2024

Oxşar xəbərlər

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

Azərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb. (İnvestisiya

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə


iqtisadi xeberler bitcoin kicik biznes biznes ideyalari dollar kursu