"Nar"ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi

®"Nar"ın baş icraçı direktoru Qunnar Panke Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkil etdiyi beynəlxalq elmi-praktiki konfransda çıxış edərək mobil operatorun universitetlərlə yaratdığı faydalı əməkdaşlıqdan bəhs edib.
Q.Pankenin sözlərinə görə, texnoloji yeniliklərin istehsalatda geniş tətbiqi və digər sahələrə nüfuz etməsi üçün uzun müddət və böyük investisiya tələb olunur. Bu baxımdan, biznesin  təhsil ocaqları ilə əməkdaşlığı çox vacibdir.
"Şirkətimizin ATU ilə əməkdaşlığı çərçivəsində təhsilə ayırdığı sərmayə ümumilikdə Azərbaycanın telekommunikasiya sahəsinin gələcəyinə yatırım kimi qiymətləndiririk. "Nar" olaraq,  əsas məqsədimiz bugünkü tələbələri sabahın aparıcı mütəxəssisləri kimi yetişdirməkdir", – deyə Q.Panke bildirib.
Qeyd edək ki, "Nar"ın təhsilə yönəlik korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şirkətin əməkdaşları yerli universitetlərin tələbələri üçün davamlı olaraq nəzəri və praktiki təlimlər keçir. Mobil operatorun ali təhsil ocaqları ilə geniş əhatəli əməkdaşlığı şirkətin akademik biliklə sənaye ehtiyacları arasında körpü yaratmaq məqsədini əks etdirir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
/ banker.az

Banklar     Tarix: 08 may 2025

Oxşar xəbərlər

PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub

11-12 noyabr tarixlərində Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın baş sponsoru "PAŞA Həyat" olub

"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb

BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

Azərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb. (İnvestisiya

Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini – ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşlar

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri


iqtisadi xeberler dollarin kursu bu gun biznes xeberleri biznes qurmaq birbank