Növbə "Gəmiqaya Holdanq"ə də çatdı – 12 ŞİRKƏTİ KAPİTALINI AZALDIR

Növbə Azərbaycanın iri biznes maliyyə qruplarından biri – əsasən Naxçıvanda fəaliyyət göstərən "Gəmiqaya Holdinq"in 12 şirkəti kapitalını azaltmağa qərar verib. 
FED.az xəbər verir ki, son aylar ölkədə çoxsaylı şirkətlər və ya holdinqlərə daxil olan müəssisələr nizamnamə kapitallarını azaldır və ya fəaliyyətini dayandırır, ya da başqa şirkətlərlə birləşirlər. 
Dövlət Vergi Xidmətinin məlumatına görə: 
"GƏMİQAYA SATIŞ MƏRKƏZİ" MMC (VÖEN: 0201208491) nizamnamə kapitalının 60 manata azaldığını elan edir. 
"GƏMİQAYA KƏRPİC KOMPLEKSİ" MMC (VÖEN: 0300238711) nizamnamə kapitalının 60 manata azaldığını elan edir. 
"GƏMİQAYA DAŞ MƏHSULLARI SƏNAYE KOMPLEKSİ" MMC (VÖEN: 0300136271) nizamnamə kapitalının 120 manata azaldığını elan edir. 
"GƏMİQAYA SƏNAYE KOMPLEKSİ" MMC (VÖEN: 0200216121) nizamnamə kapitalının 100 manata azaldığını elan edir. 
"GƏMİQAYA MEBEL FABRİKASI" MMC (VÖEN: 0200534651) nizamnamə kapitalının 100 manata azaldığını elan edir. 
"GƏMİQAYA ƏT MƏHSULLARI" MMC (VÖEN: 0300731811) nizamnamə kapitalının 60 manata azaldığını elan edir. 
"GƏMİQAYA ŞƏRAB İSTEHSALI" MMC (VÖEN: 0201104641) nizamnamə kapitalının 60 manata azaldığını elan edir. 
"GƏMİQAYA HOLDİNQ ŞİRKƏTLƏR İTTİFAQININ BƏRƏKƏT BAZARLAMA" MMC (VÖEN: 0200544871) nizamnamə kapitalının 120 manata azaldığını elan edir. 
"GƏMİQAYA PLASTMAS KAPSUL VƏ QAPAQ" MMC (VÖEN: 0200596061) nizamnamə kapitalının 120 manata azaldığını elan edir. 
"GƏMİQAYA QİDA MƏHSULLARI" MMC (VÖEN: 0200020871) nizamnamə kapitalının 53 495 manata azaldığını elan edir. 
"GƏMİQAYA BETON MƏMULATLARI KOMPLEKSİ" MMC (VÖEN: 0300234991) nizamnamə kapitalının 60 manata azaldığını elan edir. 
"GƏMİQAYA TİKİNTİ MATERİALLARI İSTEHSALAT KOMPLEKSİ" MMC (VÖEN: 0900283071) nizamnamə kapitalının 60 manata azaldığını elan edir. 
Bütün şirkətlərdə dəyişikliklər üzrə kreditorlar Naxçıvan şəhəri, N.Tusi küçəsi 5 ünvanına bildirə bilərlər.
Göründüyü kimi, bütün şirkətlərin nizamnamə kapitalının həcmi 60-120 manat arasında həddə endirilib. Yalnız "GƏMİQAYA QİDA MƏHSULLARI" MMC (VÖEN: 0200020871) şirkətinin nizamnamə kapitalı böyük məbləğdədir və dəyişiklikdən sonra 53 495 manata enib. Holdinqdən nizamnamə kapitalının artırılmasının səbəblərini açıqlamayıblar. 
Qeyd edək ki, nizamnamə kapitalı şirkətin yaradılması zamanı tərəfləri yatırdığı vəsaitdir. Bu məbləğ adətən simvolik olduğuna görə, əksər şirkətlərdə nizamnamə kapitalı kiçikdir. Məsələn, reallıqda milyonlarla manat dövriyyəsi olan şirkətin nizamnamə kapitalı 10-20 manat ola bilər, burada məhdudiyyət yoxdur.  
Bununla yanaşı, nizamnamə kaiitalı tərəflərin - təsismçilərin şirkətdəki payını əks etdirir. Şirkətin nizamnamə kaitalının azaldılması onu göstərir ki, ya şirkət zərərlə işləyir, ya da onun təsisçilərindən biri şirkəti tərk edir. 

Biznes     Tarix: 20 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs


iqtisadi xeberler en son xeberler bank faizleri bitkoin emlak xeberleri