Prezident Davosda daha bir görüş keçirdi - FOTO / YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda "CISCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub.
KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan ilə "CISCO" şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Qay Didrix Azərbaycanda bir məktəbdə rəqəmsallaşdırma layihəsini həyata keçirdiklərini deyib.
Söhbət zamanı bu layihənin ölkəmizdə yüzlərlə məktəbi əhatə etməsinin planlaşdırıldığı vurğulandı.
Prezident İlham Əliyev Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.
Dövlətimizin başçısı "CISCO" şirkəti tərəfindən hazırlanan "Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə"yə görə minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycanda su resurslarından istifadə olunmasında "CISCO" şirkətinin texnologiyalarının tətbiqi məsələlərindən danışılıb, təhsil və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib.
20:29
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda "CISCO" şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşü olub.
KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.


Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Az pulla hansı işi qurmaq olar?
"iPhone 15" modelinin üstünlükləri
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən çox maaş verən şirkətləri
CV hazırlayarkən buraxılan 5 səhv