Prezident qanunu təsdiqlədi – Mobil cihazlarla bağlı bu cərimələr qüvvəyə mindi
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi, Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000 – 1500 manat hüquqi şəxslər isə 3 000 – 4000 manat məbləğdə cərimə ediləcək.
Banker.az xəbər verir ki, Məcəllənin 368-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 600 – 800 manat, vəzifəli şəxslər 2 000 – 2 500 manat, hüquqi şəxslər isə 9 000 – 12 000 manat cərimə ödəyəcək.
Nazirlər Kabineti mobil cihazların İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə görə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, qanunundan irəli gələn digər məsələləri həll etməlidir.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Biznes nədir və hansı növləri var?
Onlayn biznes ideyaları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Ən çox gəlir gətirən onlayn bizneslər