Putin rublun bahalaşması üçün tədbirlər görməyi tapşırdı
Rusiya prezidenti Vladimir Putin hökumətə və Mərkəzi Banka rublun möhkəmlənməsi üçün tədbirlər görməyi tapşırıb.
Marja.az xəbər verir ki, 2024-2026-cı illər üçün federal büdcə layihəsinə həsr olunmuş iclasda dövlət başçısı qeyd edib: "Aydındır ki, indi əsas problemlərdən biri inflyasiyanın sürətlənməsi ilə bağlıdır, burada əsas amil aydındır – rublun ucuzlaşması.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bunun səbəblərini aydın şəkildə anlamaq və gecikmədən vaxtında müvafiq qərarlar qəbul etmək lazımdır. Əminəm ki, hökumət və Mərkəzi Bank peşəkarcasına və ən əsası koordinasiyalı şəkildə işləyəcəklər".
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı sentyabrın 19-da dolların rəsmi məzənnəsini 96,65 rubl müəyyən edib.
"Rusiya iqtisadiyyatında bəzi əsas göstəricilər üzrə vəziyyət əvvəlki proqnozlardan yaxşıdır"
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, bəzi əsas göstəricilər üzrə iqtisadi vəziyyət əvvəlki hesablamalardan yaxşıdır:
"Bildirmək istəyirəm ki, bir sıra əsas göstəricilər üzrə vəziyyət əvvəlki təxminlərdən və proqnozlardan xeyli yaxşıdır".
Putin bildirib ki, mənfi proqnozların əksinə olaraq, ilin sonuna ÜDM 2,8% arta bilər: "Xatırladıram ki, hələ aprel ayında cari il üçün ÜDM-in artımının 1,2% olacağı gözlənilirdi, ilkin olaraq bizim üçün bəzi mənfi cəhətlər götürüldü, lakin sonra proqnoza düzəliş edildi. Biz artıq bu iqtisadi artımı əldə etmişik. Bu il ÜDM-in artımı 2,5%, bəlkə də daha çox, 2,8% səviyyəsinə çata bilər".

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Biznesə aid ən yaxşı 10 kitab
Kriptovalyuta nədir və necə alınır?
Whatsapp biznesin üstünlükləri nələrdir?