Qaraciyər köçürülən aktyor Elvin Ağayev müalicəsini evdə davam etdirəcək
Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev qaraciyəri dəyişdiriləndən sonra xəstəxanadan evə buraxılıb.
Oxu.Az-ın məlumatına görə, aktyor bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.
O qeyd edib ki, 3 avqustda uğurlu əməliyyat keçirdikdən sonra artıq həkimlərin razılığı ilə müalicəsini evdə davam etdirəcək. Aktyor müalicə prosesinin altı ay davam edəcəyini deyib.
Qeyd edək ki, uzun müddətdir, qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevə öz bacısının qaraciyəri köçürülüb.
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad