Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən dərc olunmuş statistik məlumatlar fonunda major valyutalar, xüsusi ilə avro və funt, dollar qarşısında öz mövqelərini qoruya biliblər. EUR/USD, GBP/USD və USD/JPY valyuta cütlükləri müvafiq olaraq 1.1055, 1.3126 və 146.540 səviyyələrində ticarət olunurlar. Dollar indeksi 101.76 bənd səviyyəsində qərarlaşıb.
Bazar ertəsi günü verilən məlumatlara əsasən, Avrozonanın Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, yekun qiymətləndirməyə görə, iyul ayı ilə müqayisədə avqust ayında 45.6 bənd səviyyəsindən 45.8 bənd səviyyəsinə qədər artıb. Analitiklər göstəricinin 45.6 bənd səviyyəsində qalacağını proqnoz etmişdilər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Həmçinin, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın sənaye sektorunda PMI 42.1 bənddən 42.4 bəndədək artıb. Ekspertlər göstəricinin 42.1 bənd səviyyəsində proqnozlaşdırırdılar.
Bugün ABŞ-da ölkənin Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi açıqlanacaq. Analitiklərin proqnozlarına əsasən, Amerikanın sənaye sektorunda PMI iyul ayı ilə müqayisədə avqust ayında 49.6 bənd səviyyəsindən 48 bənd səviyyəsinə qədər enib.
Həmçinin ABŞ-ın sənaye sektorununda PMI göstəricisi Amerika Təchizat İdarəetmə İnstitutu (ISM) tərəfindən də dərc olunacaq. Göstərici çərşənbə axşamı, sentyabrın 3-də, Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq.
Əlavə olaraq, bugün Türkiyədə dərc olunacaq inflyasiyaya dair göstəricilər və İsveçrədə açıqlanacaq ölkə ÜDM-inə dair rəqəmlər bazar iştirakşılarının diqqət mərkəzində olacaq əsas hadisələrdəndir.
Məluma İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 03 sentyabr 2024

Oxşar xəbərlər

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Sünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 9–13 noyabr həftəsində beynəlxalq maliyyə bazarlarının istiqamətinə ABŞ-ı

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini


iqtisadi xeberler kicik biznes valyuta xeberleri dollar manat kursu bitkoin almaq