Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBeynəlxalq birjalarda avronun qiyməti dollar və funt sterlinq qarşısında bahalaşmağa davam edir. Belə ki, EUR/USD valyuta cütlüyü 1.08050 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 1.08740 səviyyəsinə qədər bahalaşıb. Hazırda məzənnə 1.08470 həddində ticarət olunur. EUR/GBP cütlüyü isə bugün səhər saatlarında 0.84240 həddini test edib. Son dəfə avronun funt qarşısında məzənnəsi qeyd olunan həddə 2025-ci ilin 24 yanvar tarixində ticarət olunub.
Bugün Yaponiyada dərc olunan statistik məlumatlar fonunda USD/JPY valyuta cütlüyündə yuxarı volatillik müşahidə olunur. Cütlük 146.540 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 147.220 səviyyəsinə qədər bahalaşıb. Verilən məlumatlara əsasən, ölkə ÜDM-i dördüncü rübdə 0.6% böyüyüb. Lakin, analitiklər göstəricinin 0.7% səviyyəsində açıqlanacağını proqnozlaşdırmışdılar. Həmçinin, Yaponiyada Şəxsi Ev Təsərrüfatları Xərclərinin İndeksi illik ifadədə 4.5% geriləyib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Brent" markalı neftin qiyməti ucuzlaşıb. "Qara qızıl" ötən həftə 71.70$-a qədər bahalaşaraq əldə etdiyi mövqelərini artıq cari həftənin əvvəlində itirib. Belə ki "Brent" bugün 68.80$ səviyyəsini test edib, hazırda isə 69.50$-a dünya bazarlarında təklif olunur.
"Bitcoin"-ın dəyəri həftəyə enişlə başlayıb. Kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutası 76540$-a qədər ucuzlaşıb. Hazırda koin 80000$ civarında ticarət olunur.
Bugün ABŞ-da Bakı vaxtı ilə saat 18:00-da dərc olunacaq "JOLTS" Boş İş Yerləri və Vakansiyalar Hesabatı investorların diqqət mərkəzində olacaq. Göstəricinin 7.600 milyondan 7.650 milyona qədər artacağı ehtimal olunur. Eləcə də, Türkiyədə açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Avroqrupun toplantısı bazar iştirakçılarının marağına səbəb ola bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 11 mart 2025

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler valyuta xeberleri kripto bitcoin biznes xeberleri