Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət orqanlarının iştirakı ilə kompleks nəzarət tədbirləri həyata keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, həyata keçirilən tədbirlər çərçivəsində aksizli malların müvafiq markalarla markalanmadan və ya saxta markalardan istifadə edilməklə təqdim edilməsinin, habelə rəsmi sənədlər tərtib olunmadan qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ilin avqust ayı ərzində Bakı şəhərində, habelə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən topdan və pərakəndə ticarət, ictimai iaşə obyektlərində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 57 sayda müxtəlif ticarət obyektində aksiz markası ilə markalanmalı malların belə marka olmadan və ya saxta aksiz markaları ilə, məcburi nişanlama ilə nişanlanmalı malların isə nişanlanmadan təqdim edilməsi müəyyən edilib.
Nəzarət tədbirləri nəticəsində müxtəlif qablaşdırmalarda saxlanılan, ümumi həcmi 4,3 min litr olan 6192 ədəd alkoqollu içki, ümumi həcmi 4,98 min litr olan 132 ədəd müxtəlif həcmli çəlləklərdə pivə, həmçinin 99 qutu müxtəlif növ tütün məmulatı aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bundan əlavə, Kürdəmir rayonunda vergi orqanında uçota alınmadan alkoqollu içki istehsalının həyata keçirildiyi istehsal sahəsində keçirilən nəzarət tədbiri zamanı 1.288 ədəd saxta aksiz markası, ümumi həcmi 25,0 min litr olan, mənşəyi məlum olmayan qablaşdırılmamış alkoqollu içki materialı, habelə istehsalda istifadə olunan avadanlıq və digər mal-materiallar aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və hüquqi prosedurlara başlanılıb.
Qeyd edilməlidir ki, saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama və satma, habelə mallara saxta aksiz markalarının və ya saxta məcburi nişanların tətbiqi, belə malları əldə etmə, saxlama və ya satma cinayət məsuliyyətinin yaranmasına əsas verir.
Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərini vergi və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması "kölgə iqtisadiyyatı"nın azaldılması, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması, eləcə də istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə istehlakçıların da fəal iştirakı və aksizli məhsulların qanuni dövriyyəsinin təmin edilməsinə töhfə verməsi üçün Dövlət Vergi Xidmətinin "E-Vergi" mobil tətbiqində yeni funksionallıq istifadəyə verilib. Tətbiqin "Xidmətlər" bölməsində yerləşən "Təqib və İzləmə Sistemi" vasitəsilə aksizli malların qablaşdırmalarının və ya aksiz markalarının üzərində yerləşdirilmiş məcburi nişan kodlarını (QR kod) skan etməklə məhsul barədə məlumat əldə etmək mümkündür.
Məlumatlarda hər hansı uyğunsuzluq aşkar edildikdə isə istifadəçilər həmin tətbiq vasitəsilə Dövlət Vergi Xidmətinə elektron qaydada müraciət edə bilərlər. Yeni funksionallıq istehlakçılara aksizli mallar barədə məlumatları operativ şəkildə yoxlamağa və aşkar edilmiş uyğunsuzluqlar barədə məlumat verməyə imkan yaradır.
Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilibAzərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib/ marja.az

Maliyyə     Tarix: 27 avqust 2026

Oxşar xəbərlər

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 11

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə


iqtisadi xeberler kicik biznes biznes ideyalari internetden pul qazanmaq biznes krediti