Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl Mikrokreditlər üzrə "10% daha sərfəli" kampaniyası
Sahibkarlığın inkişafına daim dəstək göstərən "Rabitəbank" ASC Sahibkarlar Gününün təsis edilməsinin 10 illiyi münasibətilə mikrokreditlər üzrə xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində sahibkarlara daha sərfəli maliyyə imkanları təqdim olunur.
Yeni kampaniya mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq, bizneslərin inkişafını dəstəkləmək və onların fəaliyyətinə əlavə stimul vermək məqsədi daşıyır. Kampaniya müddətində sahibkarlar mikrokredit məhsullarından xüsusi güzəştli şərtlərlə yararlana biləcəklər.
Kampaniya çərçivəsində sahibkarlar üçün;
Kredit faizlərinə 10% endirim
Komissiya məbləğinə 10% endirim
Kredit müddətinə 10% əlavə imkanı
Kampaniya biznesin dövriyyə ehtiyaclarının qarşılanması, mövcud fəaliyyətin genişləndirilməsi və yeni imkanların reallaşdırılması baxımından sahibkarlar üçün əlavə üstünlüklər yaradır.
Rabitəbankın mikrokredit məhsulları sahibkarların müxtəlif maliyyə ehtiyaclarına uyğun çevik həllər təqdim etməklə yanaşı, onların dayanıqlı inkişafına dəstək olmağa xidmət edir. Bank bu kampaniya ilə bir daha real sektora, xüsusilə kiçik və orta sahibkarlığın güclənməsinə verdiyi önəmi nümayiş etdirir.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.
"Bank of Baku"nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı
IMEI kod nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın ən varlı 10 adamı
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Biznes qurmaq üçün nə lazımdır?