Rusiyada bankomatlar dollar və avro qəbulunu DAYANDIRDI
Rusiyanın ən böyük banklarının əksəriyyətinin bankomatları dollar və avro qəbulunu dayandırıb.
KONKRET.azxəbər verir ki, bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
"Rusiya Federasiyasının 13 əhəmiyyətli kredit təşkilatından 11-nin bankomatlarında xarici valyuta yatırmaq imkanı yoxdur", – deyə nəşr yazıb.
Qeyd olunub ki, dollar və avro qəbul etməkdən imtina "Sberbank", "VTB", "Otkritie", "Raiffeisenbank", "Unicreditbank", "Qazprombank", "Sovcombank", "MCB", "RSHB", "PSB" və "Rosbank" tərəfindən təsdiqlənib.
Beləliklə, kredit təşkilatları arasında bankomat vasitəsilə valyuta yatırmaq yalnız "Alfa-Bank" və "Tinkoff Bank"da mümkündür. Bununla belə, bütün iri banklar hələ də öz filiallarında nağd pul qəbul edirlər.
Xatırladaq ki, bir ay əvvəl Rusiya bankları dollar və avronun məzənnəsini kəskin qaldırıb.
İqbal Rzayev,
KONKRET.az
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki