Sabir Adnayevin sığorta şirkətində böyük geriləmə
Yeganə təsisçisi Azərbaycan vətəndaşı Sabir Adnayev olan "A-Qroup Sığorta Şirkəti" ASC 2024-cü ili 143 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 699 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "A-Qroup Sığorta Şirkəti"nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 4,9 dəfə və ya 556 min manat azalıb.
GƏLİRLƏRİ AZALIB
Marja.az "A-Qroup Sığorta Şirkəti"nin audit hesabatına istinadən xəbər verir ki, Şirkətin əməliyyat gəlirləri 2023-ci ildə 25 milyon 282 min manat ikən, 2024-cü ildə 21 milyon 676 min manata düşüb (3 milyon 606 min manat və ya 14,3% azalıb).
Şirkətin əməliyyat xərcləri isə 2024-cü ildə 2023-ci illə müqayisədə 2 milyon 911 min manat və ya 11,9% azalaraq 21 milyon 497 min manata geriləyib. Gəlirlərdəki azalma xərclərdəki azalmadan daha böyük məbləğdə olduğu üçün Şirkətin əməliyyat mənfəəti 695 min manat azalıb.



AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy
Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr