Salman Rüşdiyə hücum edən şəxs həbs olundu
Avqustun 12-də hindistanlı yazıçı Salman Rüşdini bıçaqlayan şəxs həbs olunub. O, qətl və hücumda ittiham olunur.
Bu barədə KONKRET.az "The Guardian"a istinadən xəbər verir.
Yazıçının müvəkkili Endryu Vaylinin dediyinə görə, xəstəxanaya yerləşdirilən Rüşdi süni nəfəs aparatına qoşulub, onun qaraciyərində, qolunda ciddi zədə xəsarət var və bir gözünü itirə bilər.
Qeyd edək ki, Salman Rüşdi dünən Nyu-York şəhərində "Chautauqua" İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.
Naməlum şəxs səhnəyə çıxaraq Ruşdini döyməyə başlayıb. 75 yaşlı Rüşdi boynundan və mədəsindən bıçaqlanıb. Hadisəni törədən şəxs saxlanılıb.
S.Ruşdinin illər əvvəl yazdığı "Şeytan ayələri" romanı müsəlmanların ciddi etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, eləcə də kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.
Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.
Salman Rüşdi bir çox müsəlmanın küfr kimi qiymətləndirdiyi "Şeytan ayələri" əsərinə görə dəfələrlə təhdidlər alıb. Kitab 1988-ci ildən İranda qadağan edilib. Eyni zamanda, İran hökuməti sonradan fətvadan uzaqlaşsa da, ölkədə yazıçıya qarşı mənfi münasibət qalmaqdadır.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Françayzinq nədir və necə olur?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İnvestisiyanın necə cəlb etmək olar?
Mcdonalds françayzinqi neçiyədir?