Salvadorda məktəblilərə bitkoindən istifadə qaydaları öyrədilməyə başlayıb
Salvador dünyada bitkoini leqallaşdıran və ona rəsmi qanuni ödəniş statusu verən ilk ölkə olub. Ölkədə "Bitcoin Beach" layihəsinin komandası uşaqlara kriptovalyuta pul kisələrini yaratmağı və token göndərməyi öyrədir. Təşkilat rəhbəri iddia edir ki, rəqəmsal valyuta ilə işləmək bacarığı gələcəkdə uşaqlara işlə təmin olunmağa kömək edəcək.
"Biz onlara pul, firavanlıq və arzular haqqında danışırıq. Biz uşaqlara pul kisəsini yaratmağı, ilk Satoşi əldə etməyi və əməliyyatlar aparmağı öyrədirik", – deyə "Bitcoin Beach"in rəhbəri Roman Martinez bildirib. Onun sözlərinə görə, məktəblilər yeni texnologiyanı həvəslə qarşılayırlar.
Martinez hesab edir ki, kriptovalyutalarla işləmək bacarığı uşaqların gələcəkdə işlə təmin olunmasına kömək edəcək: "Əgər onlar ingilis dilini, kompüterdən istifadə etməyi və kriptovalyutalarla işləməyi bilsələr, bütün dünyada distant işləyə biləcəklər. Bu, böyük bir qapıdır və indi onlar üçün açıqdır".
"Bitcoin Beach" hər cümə günü məktəblərə gəlir. Eyni zamanda imkansız ailələrin uşaqları da kurslarda iştirak edirlər. Layihə komandası pula və onun idarə olunmasına çox diqqət yetirir, çünki məktəblərdə bu barədə danışmırlar.
Ölkədə məktəblilərə bitkoinlərlə necə davranmağı öyrədən başqa bir qeyri-kommersiya təşkilatı da var. Bu, artıq 25 mindən çox uşağa təlim keçmiş "My First Bitcoin"dir.
Salvador dünyada bitkoini qanuni ödəniş vasitəsi kimi tanıyan ilk ölkə olub. Bu, 2021-ci ildə baş verib. Sonra prezident Nayib Bukele Salvador və "Strike" arasında bitkoin texnologiyasından istifadə edərək müasir maliyyə infrastrukturu yaratmaq üçün tərəfdaşlıq elan edib. / banker.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Dünyanın ən varlı 10 müğənnisi
SMM nə deməkdir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes təlimlər və tədris üsulları
Dizaynerlər üçün TOP-5 Freelance sayt