Sentyabrın 1-dən sonra karantin müddəti uzadılacaq? - AÇIQLAMA

Sentyabrın 1-dən sonra karantin müddəti uzadılacaq? - AÇIQLAMAAzərbaycanda sentyabrın 1-dən xüsusi karantin rejiminin müddəti bitir. Rəsmi dairələrin karantin müddətini uzadıb-uzatmayacağı bəlli deyil.
Əslində son vaxtlar payıza doğru epidemik vəziyyətin gərginləşəcəyi, yoluxma və ölümlərin sayının artacağı, bir sözlə karantinlə bağlı bir sıra məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı arda-arda proqnozlar verilir.
Bu isə ondan xəbər verir ki, gigiyenik normaların məcburi tətbiqi saxlanılmaqla, sərtləşməyə gediləcək, maska tələbi yenidən qüvvəyə minəcək, quru sərhədlər isə hələ bir neçə ay açılmayacaq.
Bəs tibbi nöqteyi-nəzərdən bizi nə gözləyir?
azxeber.com xəbər verir ki, tanınmış həkim-radioloq Aydın Əliyev bizim.media-ya mövzu ilə bağlı bildirib ki, ölkəmizdəki real epidemik vəziyyətə görə hazırda karantin müddətinin uzadılmasına, yeni karantin qaydalarının tətbiqinə və ya sərtləşməsinə, eləcə də hər hansı bir cərimələrin tətbiqinə ehtiyac yoxdur:
"Tibbi epidemik və pandemik baxımından quru sərhədlərin də bağlı qalmasına ehtiyac yoxdur. Bilirsiz ki, hər gün rəsmi rəqəmlər göstərilir ki, yoluxma və ya ölüm sayı artıb. Amma dəfələrlə qeyd etmişik ki, yoluxmanın artmasının heç bir önəmi yoxdur.
Yoluxma gündə 20 min də olsa, bunun bir təhlükəsi yoxdur. Çünki xəstəlik 99 faiz yüngül keçirilir, ölüm törətmə qabiliyyəti isə sıfıra enib.
Lakin istisna halları ola bilər ki, bu da təkcə koronavirusda deyil, adi qripdə, suçiçəyində və ya qızılcada da ola bilər.
İstisna hallarına görə ümumi halda karantini sərtləşməyə və ya yeni qadağalar tətbiq etməyə gərək yoxdur.
Bu yaxınlarda TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov açıqlama verdi ki, payızda yoluxma artsa, karantin sərtləşəcək. Akif müəllim kifayət qədər savadlı professordur. Mən ondan belə bir açıqlamanı gözləmirdim. Çünki verdikləri açıqlama elmin qanunauyğunluğuna ziddir".
Aydın Əliyev son günlər müzakirəyə çevrilən 4-cü doz vaksinin məcburi tətbiqi məsələsinə də münasibət bildirib.
O, deyib ki, ümumiyyətlə 4-cü doz peyvəndin vurulmasına ehtiyac yoxdur:
"Deyirlər ki, bəlkə karantin qaydaları sərtləşdirildi. O zaman insanları niyə incidirdiz.
Peyvəndin bir xeyri olmayacaqdısa, insanlara hər hansı bir cərimə yazılacaqdısa, vaksinin nə mənası vardı? Əgər peyvənd olunmuşuqsa, karantinə nə lüzum var? Həqiqətən də peyvəndin qoruyucu təsiri və ölkədə kollektiv immunitet var. 3 milyon civarında insan yoluxub sağalıb, 5 milyon insan isə 3 doza peyvəndlənib.
Bizim üçün bu virusun bir təhlükəsi yoxdur. Ona görə də artıq 4-cü doza da ehtiyac qalmır".

Xəbərlər     Tarix: 14 avqust 2022

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler bitkoin avtomobil xeberleri valyuta xeberleri depozit faizleri