TƏBİB-dən həkimlərin əməkhaqqı və bonusları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən həkimlərin əməkhaqqı və bonusları ilə bağlı AÇIQLAMASəhiyyə işçilərinin əməkhaqları ""Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası" ilə müəyyən edilir.
KONKRET.azxəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, qaydaya əsasən səhiyyə işçisinin əməkhaqqına aşağıdakılar daxildir:
– tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı;
– əmək şəraitinə görə ödənilən əlavələr;
– həvəsləndirici əlavələr;
– Azərbaycan Respublikasının Əmək Məcəlləsində, normativ hüquqi aktlarında, habelə Agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlər. Bu ödənişlərə sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, fasiləsiz əmək stajına görə əlavə, gecə vaxtı yerinə yetirilən işə görə əlavə, əmək şəraitinin xüsusiyyətlərinə görə əlavə və işin mürəkkəbliyinə, gərginliyinə, yüksək keyfiyyətinə və əməkdə yüksək nəticələrə görə əlavə və digərləri.
"Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və ya işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində verilir.
Bütün bunları nəzərə alaraq qeyd etmək istərdik ki, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimi Elsevər Kərimov 487 manat noyabr ayı üzrə aylıq vəzifə (tarif) maaşı, 800 manat aylıq sabit əlavə və əlilliyə görə 97,40 manat alıb. Əlavə olaraq, həkimə 467 müayinə və 105 müalicə xidmətinə görə ümumilikdə 934,72 manat işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə hesablanıb. Beləliklə, həkimin noyabr ayı üzrə gəliri ümumilikdə 2319,12 manat (tutulmalar daxil) təşkil edib.
Əlavə olaraq bildirək ki, həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə verilən aylıq həvəsləndirici əlavələr həkim ixtisasları üzrə və fəaliyyət növü üzrə tətbiq edilən tarifin Qaydada əksini tapmış faizi həcmində müəyyən edilir. Ambulator fəaliyyət üzrə həkim üçün iş günü həddi 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə, həkim müayinəsinin (ixtisaslı həkim baxışı) aparılması xidmətinə görə tətbiq edilən tarifin 8%-i həcmində aylıq həvəsləndirici əlavələr hesablanır.
Qeyd edirik ki, optimal iş yükünü və iş saatlarını nəzərə alaraq işin nəticələrinə görə aylıq həvəsləndirici əlavərin ödənilməsi ilə əlaqədar tibbi xidmətlərin yuxarı kəmiyyət həddi müəyyənləşdirilir və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir", – məlumatda bildirilib.

Xəbərlər     Tarix: 11 mart 2023

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb


iqtisadi xeberler emlak xeberleri bitkoin almaq dollar kursu online pul qazanmaq