Tesla Türkiyə bazarına girmək istəyir
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ABŞ-ın elektrikli avtomobil istehsalçısı Teslanın Türkiyə bazarına girmək istədiyini və bununla bağlı işlərin davam etdiyini bildirib.
Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Belə ki, dünyanın ən böyük texnologiya sərgisi üçün Amerikaya gedən nazir Mustafa Varank, sərgidə Toggdan sonra Tesla-nı ziyarət edib. ABŞ-a səfəri çərçivəsində həftənin əvvəlində texnologiya və innovasiyanın ürəyinin döyündüyü Silikon Vadisinə gedən Varank, Teslanın Fremont Fabrikində keçirilən görüşlərin təfərrüatlarını paylaşıb.
Varank Teslanın dünya bazarındakı mövqeyinə toxunaraq belə deyib:"Tesla avtomobil sənayesində gələcəyin avtomobil markalarından biridir. Hazırda bütün dünyada təsirini, bazarını genişləndirməyə çalışır. Çindəki ən böyük şirkətlərindən biridir. Almaniyadakı fabriki ilə Avropa bazarında təsirli olmağa çalışır, Türkiyə bazarına da girmək istəyir".
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB