Texnologiya həvəskarlarına şad xəbər: Kapital Bank-ın dəstəyi ilə "iFest-İnnovasiya və Texnologiya" festivalı keçiriləcək

Texnologiya həvəskarlarına şad xəbər: Kapital Bank-ın dəstəyi ilə ®Texnologiya həvəskarları və startap ideası olan hər kəsin nəzərinə, Kapital Bank-ın dəstəyi, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Bakı şəhərində "iFest-İnnovasiya və Texnologiya" Festivalı baş tutacaq. 
Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, builki festival COP29-a həsr olunacaq və "Yaşıl texnologiya – yaşıl dünya naminə" şüarı altında keçiriləcək.
Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər və minimal mümkün məhsul (MVP) mərhələsinə çatan startaplar öz stendləri ilə iştirak edəcəklər. Həmçinin, yerli və xarici vençur fondları və mələk investorları da festivalda təmsil olunacaqlar. Festival 23 iyul 2024-cü il tarixində keçiriləcək.  
Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlərin keçirilməsi planlaşdırılır ki, bunlara startapların təqdimatı, investor görüşləri, startap forumu, texnologiya şirkətlərinin və startapların sərgisi, eləcə də əyləncəli şou proqramlar daxildir.
Qeyd edək ki, "iFest-İnnovasiya və Texnologiya" festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır. Festivalda gənclər, texnologiya həvəskarları və startapla maraqlanan hər kəs iştirak edə bilər.
Qeydiyyat üçün:
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 08 iyul 2024

Oxşar xəbərlər

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əld

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək

"İpək Yolu Sığorta" ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyasının məhdudlaşdırılması barədə rəsmi məlumat yayıb. Qeyd edilib ki, "İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti uzunmüddətli strateji hədəflərin

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?. Azərbaycanda əməkhaqqı alan işçilərə maaşlarını əldə edəcəkləri bankı özlərinin seçməsi imkanı yaradılacaq. Yeni mexanizmin 2027-ci il apreli

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab


iqtisadi xeberler internetden pul qazanmaq dollarin kursu bu gun emlak xeberleri rubl mezenne