"Twitter" şirkətlərə pulsuz reklam təklif etməyə başlayıb
"Twitter" reklamçılara 250 000 dollara qədər reklam xərclərinin ödənilməsini təklif etməklə şirkətləri pulsuz reklam sahəsi ilə təmin etmək niyyətindədir, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb. Məlumata görə, fevralın 28-dək sosial şəbəkə reklama 500 min dollar xərcləməyi planlaşdırır.
Xatırladaq ki, 2021-ci ildə "Twitter"in ümumi gəlirinin (5.1 milyard dollar) təxminən 90%-i reklamlardan əldə edilib. Nəşr vurğulayır ki, bir çox brendlər, o cümlədən "Pfizer", "United Airlines Holdings Inc.", "General Motors Co." və "Volkswagen AG" sosial şəbəkədə xərcləri dayandırıb.
İlon Mask "Twitter"i oktyabrın sonunda 44 milyard dollara alıb. Bundan sonra şirkət işçilərinin yarısını işdən çıxarıb və tanınmış jurnalistlərin hesablarını bloklamağa başlayıb. Dekabr ayında sahibkar vəzifəsini tərk edib-etməməsi ilə bağlı sorğu keçirib və sorğu iştirakçılarının yarıdan çoxu bu fikri dəstəkləyib. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB