Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb

Unibank işğaldan azad edilmiş ərazilərimizə ilk güzəştli biznes krediti ayırıb®Unibank Sahibkarlığın İnkişafı Fondunun (SİF) "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi" çərçivəsində ilk kreditini ayırıb. "Unibank"ın təqdim etdiyi zəmanətli və güzəştli biznes krediti sayəsində, "AS İstehsal" MMC Ağdam rayonu, Ağdam Sənaye Parkında beton məmulatları istehsalı sahəsinin təşkilinə başlayıb. Ümumi dəyəri 5,5 milyon manatdan çox olan layihənin xeyli hissəsi SİF vəsaiti hesabına Unibak KB tərəfindən ayrılan 3 milyon manatlıq güzəştli kreditlə həyata keçiriləcək. İnvestisiya proqramı üzrə 65 yeni iş yerinin açılması planlaşdırılır. 
"Unibank KB" ASC-nin Biznes Bankçılığı üzrə Baş Direktoru Tahir Qəribov bildirib ki, azad edilən torpaqlarımızda biznes fəaliyyətinin dəstəklənməsində yaxından iştirak qürurvericidir: "Real sektora dəstək "Unibank"ın yeni strateji hədəflərində xüsusi yer tutur. İstər paytaxtda, istərsə də regionlarımızda minlərlə sahibkara dəstək olaraq, bizneslərini böyütməsində yaxından iştirak etmişik. Bu fəaliyyətdə "Unibank"ın SİF vəsaiti hesabına ayırdığı güzəştli kreditlər də sahibkarlar üçün böyük əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara dəstək isə hər bir maliyyə qurumu üçün fəxrdir. Biz, Unibank olaraq bu istiqamətdə ilk kreditimizi ayırdığımız üçün çox şadıq. Təbii ki bu proses davam edəcək. Bu il ərzində də Sahibkarlığın İnkişaf Fondunun  "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi çərçivəsində bir neçə layihənin maliyyələşdirilməsi planlaşdırılır". 
"AS İstehsal" MMC-nin direktoru Səbuhi Məmmədov isə ayrılan güzəştli kreditin layihənin sürətlə icrasına təkan verdiyini bildirib: "AS İstehsal" MMC uzun illərdir keyfiyyətli əmtəə betonu, metal karkas, dəmir-beton məhsulları, səki və döşəmə daşları, habelə divar blokları istehsal edərək, Azərbaycanın tikinti materialları bazarında xüsusi yer tutur. Ağdam Sənaye Parkı ərazisində inşa etdiyimiz beton məmulatlarının istehsalat bazası işğaldan azad edilmiş ərazilərin yenidən bərpasında mühüm rol oynayacaq. Uzun illərin istehsalat təcrübəsinin davamı olaraq, yeni istehsal ediləcək məhsullar çox yüksək keyfiyyətə malik olacaq. İstehsalat bazasının uyğun lokasiyada olması, şəhər və qəsəbələrin tez bir zamanda abadlaşdırlmasına kömək edəcək. Layihənin istehsalat sahələri bu il fevralın sonunadək, inzibati binaların inşası isə aprelin axırlarında yekunlaşacaq. Unibank tərəfindən ayrılmış kredit layihəmizin vaxtında icra edilməsinə böyük tövhə vermiş oldu". 
Unibank Sahibkarlığın İnkişafı Fondunun ilk müvəkkil bankları sırasındadır və hazırda Fondun layihələrində aktiv iştirak edir. SİF-lə əməkdaşlıq çərçivəsində bank sahibkarlara dövlət zəmanətli, güzəştli kreditlərin ayrılmasını davam etdirir.
"Unibank"ın digər biznes krediti məhsulları və xidmətlərindən  filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək "Qara Qarayev", 16 saylı, "Dərnəgül", "Yasamal", "Nərimanov", "Neftçilər", "Əhmədli", "Rəqəmsal", "Əcəmi" filialları, "Unibank- biznes mərkəzi", "Sədərək" Biznes Mərkəzi" eləcə də "Unibank"ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından ( ) əldə etmək olar.
Unibank- Sənin Bankın!   / banker.az

Banklar     Tarix: 07 fevral 2025

Oxşar xəbərlər

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind


iqtisadi xeberler emlak xeberleri bank faizleri en son xeberler kripto