"Uzun müddət qol şansları əldə edə bilmədik" - "Viktoriya"nın futbolçusu
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Viktoriya"nın (Plzen) futbolçusu Tomas Xorıy Çexiya çempionatının 3-cü turunda "Qradets-Kralove"ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
KONKRET.az xəbər verir ki, komandasının ilk qolunun müəllifi olan hücumçu deyib:
"Çox çətin matç oldu. İlk hissədə yaxşı oynadıq, hətta qol da vurduq, lakin hissənin sonunda rəqibin bərabərlik qolu bizi bir qədər geri saldı. Sonra uzun müddət qol şansları əldə edə bilmədik. Davamlı təzyiq yaratdıq və yekunda qol vurduq".
Xorıy "Viktoriya"nın bütün turnirlərdə rəqabət apara biləcək geniş heyətə malik olduğunu söyləyib:
"İndiyə qədər yaxşı hazırlaşırıq və irəliləyiş əldə edirik. Liqa və Avropa üçün əsas heyəti təşkil edəcək kifayət qədər keyfiyyətli oyunçularımız var. İnanıram ki, hər iki yarışa yaxşı hazırlaşmışıq".
Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən varlı 10 müğənnisi
Green Card nədir və onu necə əldə etmək olar?
IMEI kod nədir?
Mcdonalds françayzinqi neçiyədir?