Yaponiya Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRİR

Yaponiya Rusiyaya qarşı sanksiyaları GENİŞLƏNDİRİRYaponiya hökuməti Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində radioaktiv materialların, peyvəndlərin və tibbi məhsulların və robotların ixracını qadağan edir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilir.
Qadağaya həmçinin tibbi cihazlar, nüvə obyektləri, neft və təbii qaz kəşfiyyatı üçün avadanlıqlar, müxtəlif kimyəvi maddələr, o cümlədən gözyaşardıcı qaz, barmaq izi tozu daxildir.
Bundan əlavə, siyahıya partlayıcı maddələrin aşkarlanması üçün avadanlıqlar, portativ generatorlar, lazer qaynaq maşınları daxildir.
Qadağalar fevralın 3-dən qüvvəyə minir.
Qeyd edək ki, Yaponiya sanksiyaları artıq Rusiyada 900-dən çox insana və 50-dən çox təşkilata təsir edir.
Bundan başqa, Yaponiya "Otkritie Bank", "Novikombank", "Sovcombank", "VTB", "Rossiya Bank", "Promsvyazbank", "VEB.RF", "Sberbank" və "Alfa-Bank", eləcə də 40-a yaxın digər təşkilat və şirkətlərin aktivlərini dondurub.
Ölkədə həmçinin yarımkeçiricilər, rabitə avadanlığı, proqram təminatı, neft emalı avadanlığı, yük maşınları və dəzgahlar da daxil olmaqla 500-ə yaxın adda olan ixracı qadağan olunmuş mal və texnologiyaların siyahısı təsdiq edilib. Yaponiya həmçinin xlor, metanol, aseton, etilen və natrium hipoxlorit də daxil olmaqla bəzi kimyəvi maddələrin Rusiyaya ixracını qadağan edib.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 27 yanvar 2023

Oxşar xəbərlər

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler kicik biznes biznes qurmaq valyuta kurslari kripto