"10X" 200.000, "5X" 100.000, "Qızıl" 25.000 manat qazandırdı
Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru "Azərlotereya" ASC böyük uduşların yeni qaliblərini təqdim edir.
azxeber.com xəbər verir ki, bu dəfə şanslı qalib "10X" ani lotereyasının ilk böyük uduşuna sahib olan Bakı sakini Kifayət Vəliyevadır. İki lotereya bileti alıb 200.000 manat qazanan qalib mükafatı ehtiyacları üçün xərcləyəcəyini bildirib.
Qiyməti 10 AZN olan "10X" lotereyasının ümumi uduş fondu 68.545.840 manat, uduşlu biletlərin sayı 2.781.697 ədəddir.
"5X" ani lotereyasında da böyük uduş qazanılıb. Gədəbəy sakini Elmir Nəbiyev Beyləqan rayonundan aldığı "5X" bileti ilə 100.000 manata sahib olub. Ara-sıra lotereya oyunlarında şansını sınayan qalib qazandığı böyük mükafata ev alacağını söyləyib.
Qiyməti 5 AZN olan "5X" lotereyasının ümumi uduş fondu 33.500.000 manat, uduşlu biletlərin sayı 2.602.704 ədəddir.
"Qızıl" ani lotereyasının da böyük uduşu Zaqatala sakini Baxış Məmmədova nəsib olub. Aldığı bir biletlə 25.000 manat qazanıb.
Qiyməti 1 AZN olan "Qızıl" lotereyasının ümumi uduş fondu 47.805.200 manat, uduşlu biletlərin sayı isə 17.093.735 ədəddir.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin digər ani lotereya biletlərində 200.000, 100.000, 50.000 və 25.000 manatlıq böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Ani lotereya biletlərini lotereya satış nöqtələri, "Azərpoçt" şöbələri və "Misli" məntəqələrindən əldə edə bilərsiniz.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Green Card nədir və onu necə əldə etmək olar?