2024-2025-ci tədris ilində xaricdə təhsil üzrə proqramların siyahısı açıqlanıb
Növbəti tədris ilində "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 2024-2025-ci tədris ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla ümumilikdə 3993 təhsil proqramı yer alır.
Namizədlər eyni zamanda müvafiq reytinq cədvəllərində ilk onluqda yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan digər ixtisas sahələri üzrə bakalavriat və ya magistratura proqramlarından əldə etdikləri qəbul məktubları əsasında müsabiqədə iştirak edə biləcəklər.
Bu il ilk dəfə mədəniyyət və incəsənət sahəsi üzrə nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramları üzrə namizədlərin müraciətləri qəbul ediləcək.
Məlumat üçün qeyd edək ki, 2023-2024-cü tədris ilində "2022-2026 Dövlət Proqramı" çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetinə qəbul olunub.
Müvafiq siyahı ilə keçiddən tanış olmaq mümkündür. Əlavə suallarla bağlı ünvanına müraciət etmək mümkündür. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznesə aid ən yaxşı 10 kitab