ABB daha bir maraqlı hesabat yaydı

ABB daha bir maraqlı hesabat yaydıABB daha bir faydalı araşdırma-hesabatını ictimaiyyətə təqdim edib.
Araşdırma ölkəmizin turizm sektoru ilə bağlıdır. "Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi" adlı hesabat 2022-2023-cü illərə aid məlumatları əhatə edir. 
Burada xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının, eləcə də ölkəmizə səfər edən əcnəbi turistlərin müxtəlif kateqoriyalar üzrə bölgüsü, əsas xərclərinin təhlili aparılıb. Vətəndaşlarımızın ən çox səfər etdikləri ölkələr, həmçinin Azərbaycana ən çox səfər edən ölkələrin vətəndaşları ilə bağlı əsas tendensiyalar izlənib. 
Hesabatda daxili turizm, Azərbaycana səfər edən xarici turistlərin ən çox getdikləri regionlarımız, ölkəmizdəki otel və bu tipli obyektlərin fəaliyyəti haqqında da maraqlı məlumatlar təqdim olunur. Araşdırma turizm sektorunda baş verən əsas dəyişikliklərin, onların səbəblərinin izlənməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına kömək göstərir. Araşdırma-hesabatı ABB-nin Risk ofisi hazırlayıb. 
Maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu ilin aprelində "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili", həmçinin "Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr" adlı iki hesabatını bölüşüb. ABB belə araşdırmaları davam etdirəcək. Hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, abb-bank.az rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 09 iyul 2024

Oxşar xəbərlər

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind


iqtisadi xeberler bank faizleri bitkoin valyuta kurslari rubl mezenne