ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldıABB-nin mobil bank tətbiqi olan ABB mobile Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022 sertifikatını alıb.
"İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı" adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra təqdim olunub. 
Sözügedən sertifikat təşkilatlara özlərinin və müştərilərinin məxfi məlumatlarını ən etibarlı şəkildə qoruyaraq idarə etməyə kömək göstərən beynəlxalq çərçivədir. ISO:IEC 27001:2022 ilə şirkətlər risklərini müəyyənləşdirir, onların azaldılması üçün ardıcıl tədbirlər görürlər. Beləliklə, bu sertifikat onu əldə etmiş qurumun işgüzar nüfuzunu, müştərilərin maraqlarını qoruyur. 
ABB mobile tətbiqinin ISO:IEC 27001:2022 serfitikatına layiq görülməsi tətbiq istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə olunduğunu göstərir.
ABB mobile tətbiqi 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2 milyona yaxın istifadəçisi var. Getdikcə inkişaf etdirilən imkanları, genişləndirilən çoxsaylı funksionallıqları ilə ABB mobile tətbiqi universal maliyyə xidmətləri platformasına çevrilib. Tətbiq müştərilərdə yeni rəqəmsal təcrübələr formalaşdırır. 
ABB mobile tətbiqini buradan yükləyib onun çoxsaylı imkanlarından faydalanmaq olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 02 dekabr 2024

Oxşar xəbərlər

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb

"İpək Yolu Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 742 min 929 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 256 min 845 manat və ya 52,8% çoxdur. şirkətin üçüncü rübü

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd


iqtisadi xeberler bitkoin telefonla pul qazanmaq bu gunun xeberleri valyuta mezennesi