ABB-nin səhmlərinə abunə yazılışı başlandı

ABB-nin səhmlərinə abunə yazılışı başlandı®11 iyun 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışının başlanması ilə bağlı tədbir keçirilib. "ABB səhmdarı ol! – Mərkəzdən hər kəsə!" devizi ilə keçirilən tədbir üçün simvolik məkan seçilib. Tədbir ötən əsrin əvvəllərində məhz bank binası kimi tikilmiş, fasadında "Банкъ" sözü olan, 90-cı illərin əvvəllərində ABB-nin baş ofisinin, hazırda isə Mərkəzi filialının fəaliyyət göstərdiyi tarixi məkanda təşkil olunub. 
Tədirdə ABB rəhbərliyi ilə birgə, Azərbaycan Mərkəzi Bankının, Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi də iştirak edib. 
Abunə yazılışı 3 ay davam edəcək. Bankın 322 000 000 ədəd səhmi satışa çıxarılıb. Bir səhmin minimal qiyməti 27 qəpikdir. Abunə yazılışı dövründə vətəndaşlar sifarişlərini 27 qəpik, yaxud daha yuxarı qiymətlə təqdim edə bilərlər. Bir vətəndaş minimum 100 ədəd, maksimum 75 000 ədəd ABB səhmi sifariş verə bilər. 
Bankın səhmlərinə abunə yazılışını ABB mobile tətbiqindəki "İnvestisiya" bölməsindən, ABB-nin bütün filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan "ABB İnvest" və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə həyata keçirmək olar. 
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Emissiya prosesi başa çatdıqdan sonra da Azərbaycan dövləti yenə Bankımızın əsas böyük səhmdarı kimi qalacaq. Banka iri özəl investorların deyil, məhz kiçik pay sahibi olan investorların cəlb edilməsinə üstünlük verilir. Çünki məqsəd daha çox vətəndaşımızın ABB-də pay sahibi olub alternativ investisiya fürsətlərindən faydalana bilməsidir. Bunun ölkəmizin qiymətli kağızlar bazarına əhəmiyyətli müsbət təsirləri olacaq".
ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib. 
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 11 iyun 2024

Oxşar xəbərlər

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib

ABŞ-nin üç böyük maliyyə şirkəti – "Visa", "Mastercard" və "JPMorgan Chase" ilə əlaqəli minlərlə müştərinin şəxsi məlumatları kiberhücum nəticəsində sızdırılıb. Hücum birbaşa şirkətlərin əsa

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini – ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşlar

"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb

BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir


iqtisadi xeberler online pul qazanmaq bu gunun xeberleri biznes qurmaq telefonla pul qazanmaq