ABB-nin yeni səhmdarları da 2024-ci ilin nəticələri üzrə dividendlər alacaqlar - MÜSAHİBƏ

ABB-nin yeni səhmdarları da 2024-ci ilin nəticələri üzrə dividendlər alacaqlar - MÜSAHİBƏMüsahibimiz ABB-nin İdarə Heyəti sədrinin müavini Nəbi Əliyevdir.
- ABB bir neçə gün əvvəl maliyyə göstəricilərini açıqladı. İlk yarımilliyin nəticələrinə əsasən, Bankın bu ili də böyük həcmdə mənfəətlə başa vuracağını proqnozlaşdırmaq olarmı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
- ABB 2024-cü ilin birinci yarısını 172 milyon manatdan çox xalis mənfəətlə başa vurdu, ötən ilin müvafiq dövründə bu rəqəm 164 milyon manat olmuşdu. 2023-cü ili 322,3 milyon manat xalis mənfəətlə tamamlamışdıq, bu isə, son illərdə ABB-nin və ümumən ölkə banklarının mənfəətində ən yüksək göstərici idi. Cari ilin ilk altı ayının nəticələri isə göstərir ki, böyük ehtimal, ABB bu il də yüksək mənfəət əldə edəcək. Bu isə mövcud və yeni səhmdarlarımız üçün yüksək gəlir deməkdir.
-Sentyabrın 10-da ABB-nin səhmlərinə abunə yazılışı tamamlanır. Bankın minlərlə yeni səhmdarı da builki mənfəətdən dividend ala biləcəkmi?
-Əlbəttə, yeni səhmdarlarımız da təkcə Bankın cari ilinin deyil, habelə növbəti illərinin də maliyyə nəticələrinə əsasən, dividend gəlirləri əldə edəcəklər. Bank rəhbərliyi 2024-cü ilin yekunları üzrə səhmdarlarımıza dividendin verilməsi məsələsinin Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının gündəliyinə daxil edilməsi üçün müvafiq qaydada təklif irəli sürəcək. Düşünürük ki, ötən illərdə olduğu kimi Səhmdarların Ümumi Yığıncağında bu təklif dəstəklənəcək. Bu isə o deməkdir ki, yeni səhmdarlarımız da gələn ilin ortalarına qədər ABB-dən dividend qazancı əldə edəcəklər. 
- Səhmdarların dividend qazancı nə qədər olacaq?
- ABB son 6 ildə səhmdarlarına ardıcıl şəkildə dividendlər ödəməkdədir. Son illərdə dividend məbləği ardıcıl artır. Belə ki, 2022-cü ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat dividend ödəmişik. Səhmbaşına düşən dividend 2022-ci ildə 2,8 qəpik, 2023-cü ildə 3,4 qəpik, 2024-cü ildə 4,1 qəpik olub. Faizlə ifadə etsək, 2024-cü ildə ABB-nin səhmləri üzrə dividend gəlirliliyi səhmlərin nominal qiymətinə nisbətdə 15,1%-ə yüksəlib. Proqnozlarımıza görə, gələn il də səhmdarlarımızın dividend gəliri 15%-dən çox olacaq. 
- İndiyə qədər neçə investor ABB səhmlərinə abunə yazılıb?
- Artıq 13 mindən çox investor 17 minə yaxın sifariş yerləşdirib. Bu, ölkəmizin qiymətli kağızlar bazarı üçün tarixi bir göstəricidir. Çünki səhmlərin kütləvi təklifi prosesində bu qədər investorun iştirakı heç vaxt olmayıb. Cəmi ay yarım ərzində ABB səhmləri üçün bu qədər vətəndaşımızın sifariş yerləşdirməsi Bankımızın gələcəyinə olan böyük inamı, ABB səhmlərinə yüksək marağı göstərir. Hazırda ABB səhmdarlarının ümumi sayı 1800-ə yaxındır. Səhmlərə belə kütləvi marağa əsaslanaraq əminliklə deyə bilərik ki, biz Bankımıza on minlərlə yeni investorun cəlb edilməsi hədəfinə çatacağıq. 
- Bildiyimiz qədər, indi səhm sifarişlərini başqa bankların filiallarında da yerləşdirmək olur...
- Bəli, səhmlərə ABB mobile tətbiqi, ölkəmizdəki  əksər bankların filialları, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə abunə yazılmaq mümkündür. Səhm almaq niyyətində olan investorlara tövsiyəmiz bu olardı ki, qərarlarını sürətləndirib sifarişlərini vaxtında etsinlər. Çünki müddət azalır, hazırki proses sentyabrın 10-da tamamlanacaq. 
Digər tərəfdən, səhm sifariş etmiş investorlar 10 sentyabr tarixinə qədər ABB-də  ödədikləri sifariş məbləğinə görə 7% illik gəlirliliklə faiz qazancı əldə edirlər. Bu faiz gəliri investorlara əvvəlcədən, yəni sifariş verilən gün ödənilir. Səhmlərə daha tez abunə yazılanlar bu imkandan da faydalanmış olurlar. 
Bundan başqa, avqustun 1-dən etibarən ABB səhmi sifariş verən investorlar üçün lotereya kampaniyasına da start verdik. İnvestorlar avqust və sentyabr aylarındakı səhm sifarişlərinə görə 5000 manatadək uduş şansı qazanacaqlar. 
- ABB səhmlərini təkrar bazarda satmaq olacaqmı?
- Yerləşdirmə bitdikdən sonra hər bir səhmdar öz səhmlərini "ABB-İnvest" şirkəti və ya digər investisiya şirkətləri vasitəsilə sata bilər. Bununla yanaşı, sentyabrın sonunadək səhmləri ABB mobile vasitəsilə də satmaq mümkün olacaq. Yəni səhmdar malik olduğu səhmləri istədiyi zaman ən rahat şəkildə sata biləcək. ABB səhmlərinin alqı-satqısında yüksək likvidliyin təmin olunması üçün hazırda Bank aidiyyəti qurumlarla müvafiq tədbirlər həyata keçirir. 
- Müsahibəyə görə, təşəkkür edirik. / marja.az

Banklar     Tarix: 01 avqust 2024

Oxşar xəbərlər

ABB DAVR-a lisenziya verildi

Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupun

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?

İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?. Azərbaycanda əməkhaqqı alan işçilərə maaşlarını əldə edəcəkləri bankı özlərinin seçməsi imkanı yaradılacaq. Yeni mexanizmin 2027-ci il apreli

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab


iqtisadi xeberler dollar mezenne emlak xeberleri depozit faizleri bitkoin almaq