ABB və "KPMG-Azərbaycan"ın təşkilatçılığı ilə "Rəqəmsal Ödənişlər Dialoqu" keçirilib
Ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişafına töhfə verən ABB-nin və KPMG Azərbaycan şirkətinin birgə təşkilatçılığı ilə Rəqəmsal Ödənişlər Dialoqu keçirilib.
Tədbirin əsas mövzusu ödəniş sistemləri ilə bağlı yeniliklərə, o cümlədən bu yeniliklərin hüquqi tənzimlənməsi məsələlərinə həsr edilib.
Rəqəmsal Ödənişlər Dialoqunda müxtəlif dövlət və özəl qurumların, məhkəmələrin təmsilçiləri, ABB-nin korporativ müştərilərindən bir qrupu, ayrı-ayrı bankların nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş ekspertlər iştirak ediblər.
Tədbirdə ödəniş sistemləri ilə bağlı yerli və xarici təcrübəyə diqqət yönəlib. Ödəniş xidmətlərində yeni tənzimləmələr, onların maliyyə institutlarına təsiri, elektron pulun tənzimlənməsinin hüquqi aspektləri ilə bağlı ətraflı məlumatlar verilib. Elektron ödənişlərdə lisenziyalaşdırma və nəzarət, məsafədən bank və ödəniş xidmətləri, rəqəmsal ödəniş ekosistemində rəqabət və inkişaf məsələlərinə nəzər yetirilib.
Rəqəmsal Ödənişlər Dialoqunda Türkiyənin fintek sektoru ilə bağlı da təcrübə mübadiləsi aparılıb. Açıq Bankçılıq dövründə ödəniş bazarı, postsovet məkanında ödəniş tendensiyaları təhlil edilib. Müxtəlif suallar ətrafında polemikalar aparılıb. Belə dialoqlarda məqsəd sahənin mütəxəssislərini bir araya gətirmək, rəqəmsal ödənişlərlə bağlı yenilikləri bölüşmək, gələcək üçün faydalı tərəfdaşlıqlar qurmaqdır. / marja.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
İban nədir?
Onlayn biznes ideyaları
1000 manatla hansı biznesi qurmaq olar?
Biznes plan necə yazılır?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?