ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi TƏYİN EDİLDİ
ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə yeni baş məsləhətçi təyin edib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə departamentin yaydığı məlumatda bildirilib.
"Mən Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi təyin edirəm. Səfir Riker bu kritik dövrdə Minsk qrupunun amerikalı həmsədri kimi fəaliyyət göstərəcək", – Blinken açıqlamasında deyib.
"Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa İttifaqı kimi tərəfdaşlarla ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərəcək", – deyə Blinken əlavə edib.
Qeyd edək ki, əvvəllər baş məsləhətçi vəzifəsini Endryu Şofer icra edib. Dövlət Departamenti dəyişdirmənin səbəbləri barədə məlumat verməyib.
İqbal Rzayev,
KONKRET.az
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad