ABŞ-ın silah ixracı ötən il 49 faiz ARTIB
2022-ci maliyyə ilində ABŞ-ın hərbi texnika ixracı təxminən 49 faiz artaraq 205,6 milyard dollara çatıb.
KONKRET.azxəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, 2022-ci maliyyə ilində ABŞ şirkətləri tərəfindən hərbi texnikanın birbaşa satışı 48,6 faiz artaraq 153,7 milyard dollara çatıb. Eyni dövrdə ABŞ hökuməti vasitəsilə hərbi texnikanın satışı əvvəlki maliyyə ili ilə müqayisədə 49,1 faiz artaraq 51,9 milyard dollar olub.
Məlumata görə, son maliyyə ilində təsdiqlənmiş satışlara İndoneziyaya 13,9 milyard dollar dəyərində "F-15ID" döyüş təyyarəsi, Yunanıstan üçün 6,9 milyard dollar dəyərində çoxməqsədli döyüş gəmiləri və Polşa üçün ümumi dəyəri 6 milyard dollar olan "M1A2 Abrams" tankları daxildir.
Eyni dövrdə ABŞ administrasiyası Səudiyyə Ərəbistanına 3,05 milyard dollar dəyərində "Patriot" raketləri, Küveytə 3 milyard dollar dəyərində "NASAMS" və Misirə 2,6 milyard dollar dəyərində "CH-47F Chinook" helikopterləri tədarük edib.
Qeyd edək ki, 2021-ci maliyyə ilində ABŞ hərbi texnikasının digər ölkələrə razılaşdırılmış satışı 138,2 milyard dollar təşkil edib.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?