ABŞ konqresmenləri Türkiyəyə "F-16"ların satışını məhdudlaşdırdı
ABŞ Konqresinin Nümayəndələr Palatası (Aşağı Palata) ölkənin təkmilləşdirilmiş "F-16" qırıcılarının və "F-16" modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsini təsdiqləyib.
Yunan lobbisinə yaxınlığı ilə tanınan Demokrat Kris Pappas və Respublikaçı Frank Pallone tərəfindən təqdim olunan müdafiə büdcəsində "F-16" qırıcılarının Türkiyəyə təhvil verilməsi üçün tələbləri sərtləşdirən düzəlişin lehinə 244 qanunverici, əleyhinə 179 deputat səs verib.
Bundan əlavə, ABŞ prezidenti Cozef Bayden administrasiyası "F-16" təyyarələrinin Türkiyə tərəfindən "Yunanıstan ərazisi üzərində təkrar icazəsiz uçuşlar" üçün istifadə edilməməsi üçün atılan addımların ətraflı təsvirini təqdim etməli olacaq.
Növbəti maliyyə ili üçün ABŞ-ın müdafiə büdcəsi layihəsinə (ölkədə oktyabrın 1-də başlayır) cümə axşamı günü Nümayəndələr Palatasının səsverməsi gözlənilir.
ABŞ Konqresinin Senatı da müdafiə büdcəsi layihəsinin öz versiyasını təsdiq etməlidir. Bundan sonra hər iki layihənin detallarının razılaşdırılması üçün komissiya çağırılacaq. Hər iki palata razılaşdırılmış sənədə yenidən səs verməli olacaq, bundan sonra sənəd imzalanmaq üçün Prezident Cozef Baydenə göndəriləcək.
Adətən bütün bu proses payıza – qışın başlanğıcına qədər davam edir, lakin noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri səbəbindən bu, ləngiyə bilər.
Türkiyə daha əvvəl ABŞ-dan Hərbi Hava Qüvvələrində xidmətdə olan təyyarələr üçün 40 "F-16 Block 70" döyüş təyyarəsi və 80 "Block 70" təkmilləşdirmə dəsti istəyib.
Qeyd edək ki, ABŞ prezidenti Cozef Bayden NATO-nun Madriddə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Ankaraya "F-16" qırıcılarını göndərməli olduğunu deyib.

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Kredit sığortasında yığımlar artıb, ödənişlər azalıb
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dünyanın əh bahalı brendləri - TOP-10
Necə Bitcoin almaq olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Biznesə aid ən yaxşı 10 kitab