ABŞ Rusiya neftinin qiymətinin daha da aşağı salınmasını müzakirə edə bilər
ABŞ tərəfdaşları və müttəfiqləri ilə Rusiya neftinə tətbiq olunan qiymət "tavan"ının daha da aşağı salınmasını müzakirə etməyi planlaşdırır.
Bunu ABŞ maliyyə nazirinin müavini Adeval Adeyemo deyib.
Onun sözlərinə görə, Rusiyanın neft satışından əldə etdiyi gəlirlər azalmağa başlayıb, lakin yanacaq istehsalının tempi dəyişməz qalıb.
A.Adeyemo "tavanın" tətbiqi təşəbbüsünü dəstəkləyən ölkələrin daha sərt tədbirləri müzakirə etmək ehtimalının mümkün olduğunu, həmçinin ABŞ-ın Rusiya Federasiyasına iqtisadi təzyiqlərini davam etdirəcəyini vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Aİ-nin embarqosu və "tavan" qiymətinin tətbiqi fonunda dekabrın ilk 20 günü ərzində Rusiyadan neft ixracı 11% azalıb. Hazırda neftin bir bareli üçün 60 ABŞ dolları səviyyəsində müəyyən edilib. / banker.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Dünyanın ən varlı 10 adamı
IMEI kod nədir?
SMM nə deməkdir?
Marketinq nə demədir?
Kriptovalyuta nədir?