Abşeronda şəhidin ordeninin təqdimetmə mərasimi keçirilib - FOTOLAR
30 illik vətən həsrətinə, erməni işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi. Xalqımızın qələbəsi ilə bitən müharibədə qəhrəmanlıq, igidlik göstərən qəhrəmanlarımız Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallarla təltif edilir.
azxeber.com xəbər verir ki, bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətində şəhid İlyasov Fərid İbad oğluna ölümündən sonra verilən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninin ailəsinə təqdimetmə mərasimi keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Rəcəbov, Naxçıvan Müxtar Respublikasının N saylı Hərbi Hissənin zabiti, polkovnik leytenant İntiqam Ağasıyev, şəhidimizin babası Əlövsət İbrahimov və anası Bəsirə İlyasova iştirak edib.
RİH başçısı ordumuzun döyüş meydanında əldə etdiyi şərəfli qələbədən, igidlərimizin göstərdiyi şücaətlərdən danışaraq bildirib ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yurdlarımız tez bir zamanda bərpa olunur. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulur və artıq soydaşlarımız öz dədə-baba yurdlarına köçməyə başlayıblar.
Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı Abşeron rayonunda da bu qəbildən böyük işlər görüldüyünü, onların işlə təmin olunmalarında əhəmiyyətli nəticənin əldə edildiyini vurğulayıb.
Sonra çıxış edən şəhid Fərid İlyasovun ailəsi ölkəmizdə şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər bir anında bu qayğını hiss etdiklərini qeyd ediblər. Fərid İlyasovunun Vətən Müharibəsi zamanı göstərdiyi şücaətə görə ordenlə təltif olunmasından iftixar hissi keçirdiklərini vurğulayan şəhid ailəsi onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Ev şəraitində pul qazanmağın yolları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?