Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur.
Biznes.az xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Sənədə əsasən, gələn il vergi siyasətinin əsas istiqamətlərindən biri vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və müəyyən təşviqlərin tətbiqi olacaq.
Vergi borclarının idarə olunması sahəsində borcların tənzimlənməsi mexanizmlərinin daha sadə formada tətbiqi planlaşdırılır. Bununla yanaşı, vergi ödəyiciləri üçün daha çevik yanaşmaların yaradılması və könüllü ödəniş intizamının gücləndirilməsi əsas istiqamətlər sırasında yer alır.
Sənəddə bildirilir ki, bu çərçivədə vergi borclarına möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur.
Ödəmə qabiliyyətində çətinliklə üzləşən, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən edilməsi planlaşdırılır.
Müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penyalar üzrə güzəştlərin tətbiqi imkanına da baxılacaq.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Bitcoin nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
ZARA-nın uğur hekayəsi
Biznes plan necə yazılır?